İzahlı lüğət

QAYĞI

is. 1. Birinin rifahı üçün göstərilən diqqət, ya fəaliyyət; birinin fikrini çəkmə, dərdinə qalma, qeydinə qalma. Bilmədim o günün ani nəşəsi; Mənə dərd olacaq ömrüm uzunu; Bəlkə ev qayğısı, övlad nəfəsi; Olmasa indi də duymazdım bunu. M.Araz. // Fikir, əndişə, təlaş. Hər gün onun [fridunun] vaxtı min bir qayğı içərisində keçirdi. M.İbrahimov. Qayğı göstərmək (çəkmək) - 1) birinin rifahı üçün çalışmaq, fikrini çəkmək, qeydinə qalmaq. [Hacı Nəsir:] ..Mən sənin kimi bir kasıb qızını dilənçilikdən qurtarıb özümə arvad etdim ki, sən də o yaxşılığın əvəzində bu uşağa analıq edib qayğısını çəkəsən, yoxsa onun üçün cəllad olasan? S.S.Axundov; 2) dərd çəkmək, fikir çəkmək. Düşmüşəm dərdinə, çox möhnətü qayğu çəkirəm; Deyə bilməm sənə, amma elə gizli çəkirəm. M.P.Vaqif. Qayğısına qalmaq- bax qayğı göstərmək 1-ci mənada. Nəsib dayı onun [Zevnəbin] hər dərdini bilmək, qayğısına qalmaq istəyirdi. İ.Şıxlı. // Baxma, qulluq etmə, xidmət etmə. Qayğı olsa bitkilər yaxşı bitər. // məc. Şəfqət, nəvaziş. Əminə bir bacı qayğısı ilə Əjdərin başındakı sarğıları düzəltdi. S.Rəhimov.
Dərd, möhnət, fikir, qəm. Onun heç bir qayğısı yoxdur. - Hayıf ömürqısa, arzu genişdir; Kim bu qayğı ilə titrəməmişdir. M.Müşfiq.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed