İzahlı lüğət

QURUMLAMAQ (ID - 26550)

f. Qurum bağlamaq, qurumla örtülmək; his basmaq, his tutmaq.

QURUMLANMA (ID - 26551)

“Qurumlanmaq” dan f.is.

QURUMLANMAQ (ID - 26552)

f. Qurumla örtülmək, qurum basmaq, hislənmək, his bağlamaq.

QURUMLATMA (ID - 26553)

“Qurumlatmaq” dan f.is.

QURUMLATMAQ (ID - 26554)

f. Hisləndirmək; hislə, qurumla örtülməsinə səbəb olmaq.

QURUMLU (ID - 26555)

sif. Qurum bağlamış, qurum tutmuş, qurumla örtülmüş. Qurumlu baca. Qurumlu divar. // Hisli. Cındır piltəli saxsı çıraq qurumlu işıq verirdi. S.Rəhimov.

QURUMSAQ (ID - 26556)

sif. və is. dan. Namussuz, qeyrətsiz. // Bəzən zarafatla deyilir. A qurumsaq, bəs bu nə işdir? C.Məmmədquluzadə.

QURUMSAQLIQ (ID - 26557)

is. dan. Namussuzluq, qeyrətsizlik; rüsvayçılıq, biabırçılıq. [Musa kişi:] ..Səhər bütün kəndi bura yığacağam. Bu yekəlikdə də qurumsaqlıq olar, siz eləyirsiniz? M. İbrahimov.

QURUMUŞ (ID - 26558)

f.sif. Quru hala gəlmiş. Qurumuş ağac. Qurumuş çörək. Qurumuş torpaq. Qurumuş çay. - [Mahirə] qurumuş dodaqlarını dili ilə islatdı. M.Hüseyn.

QURUNMA (ID - 26559)

“Qurunmaq” dan f.is.

QURUNMAQ (ID - 26560)

b a x qurulanmaq.

QURUŞ (ID - 26561)

is. [əsli ital.] 1. Türkiyədə: lirənin yüzdə biri qiymətində olan pul.
2. Qəpik mənasında. [Nəcəf bəy:] Nə vaxt sənin məndə iki quruşun batıbdır ki, yenə batsın. Ə.Haqverdiyev.

QURUT (ID - 26562)

is. Yumru-yumru edilib qurudulmuş şor, süzmə. Aranda tutdan olduq, dağda qurutdan. (Ata. sözü). Mənim nəzərimi qurutu gözləyən uşaq cəlb etdi. A.Divanbəyoğlu.

QURUTMA (ID - 26563)

“Qurutmaq” dan f.is.

QURUTMAQ (ID - 26564)

f. 1. İslanmış, yaxud nəmlənmiş bir şeyi quru hala salmaq, rütubətini, yaşlığını, nəmliyini yox etmək. Paltarını qurutmaq. Günəş bir gündə yeri qurutdu. Bataqlıqları qurutmaq. Saçlarını qurutmaq. Öz təsiri ilə yandırmaq,...

QUSAR (ID - 26565)

[mac.] Çar ordusunda və bəzi xarici ölkə ordularında: macar forması geyinən süvari əsgər, ya zabit. [Qrinyov:] Adının Ivan Ivanoviç Zurin, özünün isə qusar alayı rotmistri olduğunu öyrəndim. Puşkindən.

QUSDURMA (ID - 26566)

1. “Qusdurmaq” dan f.is.
2. sif. Qusdurucu. Qusdurma dərmanı.

QUSDURMAQ (ID - 26567)

icb. Qusmasına səbəb olmaq, yediyini qaytartmaq. Bu yemək adamı qusdurur. Dərman yediyimi qusdurdu.

QUSDURUCU (ID - 26568)

sif. Qusduran. Qusdurucu dərman.

QÜSLİ (ID - 26569)

[rus.] Çoxsimli qədim rus çalğı aləti. Bu kəşfiyyat ayrı-ayrı xalqlarda əvvəlləri sadə və getdikcə təkmilləşən .. qusli, bandura, mandolina .. kimi müxtəlif növlü bir çox simli musiqi alətlərinin yaradılmasını təmin etdi....

QUSMA (ID - 26570)

“Qusmaq” dan f.is.

QUSMAQ (ID - 26571)

QUSUNTU (ID - 26572)

is. Qusulan şey, geri gətirilən şey. Mikroblar tüpürcək, asqırıq və ya qusuntu ilə yerə düşürlər. N.Nərimanov.

QUŞ (ID - 26573)

is. 1. Bədəni tük və lələklə örtülü, ikiqanadlı, ikiayaqlı, dimdikli uçan heyvan sinfi. Yırtıcı quşlar. Ev quşları. Oxuyan quşlar. Köçəri quşlar. Su quşları. - Quşlar yuvalarında oturub, dimdiklərini təmizləyirdilər. N.Nərimanov....

QUŞALUSU (ID - 26574)

is. Albuxaraya oxşar bir meyvə.

QUŞARMUDU (ID - 26575)

QUŞATAN (ID - 26576)

is. dan. Uşaqların quş vurmaq üçün düzəltdikləri daşatan alət, sapand. İkinci bir uşaq quşatanla ağaca qonmuş sərçəni nişan aldı. H.Axundlu.

QUŞBAXIŞI (ID - 26577)

zərf Ötəri, ani baxış; gözünün ucu ilə baxış. Quşbaxışı bu adamları müqayisə etdim. Mir Cəlal.

QUŞBAŞI (ID - 26578)

sif. İri parçalar şəklində, quş başı böyüklüyündə (yağan qar haqqında). Parça-parça düşərək quşbaşı (z.) göydən yerə qar; Sarılır ağ mitilə boz dərə, çöllər, dağlar. A.Şaiq. Qar yağır, quşbaşı qar incə çiçəklər...

QUŞBAZ (ID - 26579)

is. [quş və fars. ...baz] Quşları, quş saxlamağı sevən adam; göyərçin saxlayan adam. Bunlar hamısı keçəndən sonra, bu otuz doqquz nömrədə min doqquz yüz doxsan doqquz rəmmal, kimyagər, .. kəndirbaz, quşbaz.. şəkli çəkmişik....

QUŞBAZLIQ (ID - 26580)

is. Quş saxlayan adamın peşəsi, işi. Mollaxanadan qovulan gündən etibarən uşaq fikrini quşbazlıq və bu kimi işlərə verərdi. H.Sarabski.

QUŞBEYİN (ID - 26581)

sif. dan. Ağılsız, dərrakəsiz, gic, beyniboş.

QUŞBURUN (ID - 26582)

sif. Burnu quş dimdiyi kimi olan. Bəlkə Müqim bəy pristavlıqdan, polislikdən də əvvəlki köhnə bəy paltarını geyəydi, başında uzun papaq, .. ayağında quşburun çəkmə olduğu halda gedəydi? S.Rəhimov.

QUŞCUQ (ID - 26583)

bax quşcuğaz. Bir quşcuğun uçuşunda bilsəniz nələr; Nələr duyur bir şairin səyyar ürəyi. S.Vurğun.

QUŞCUĞAZ (ID - 26584)

“Quş” dan oxş. ..Yaşıl yarpaqlar arasına sığınmış quşcuğazlar səs-səsə verib ötüşürdü. A.Şaiq. Ağabəyim diksinmiş bir quşcuğaz kimi başını cəld qaldırıb, Vaqifin üzünə baxdı. Çəmənzəminli.

QUŞÇU (ID - 26585)

is. 1. Quşçuluq mütəxəssisi. // Quşçuluq ferması işçisi, fermada ev quşları bəsləməklə məşğul olan adam. Quş saxlamaqla məşğul olan adam; quşbaz. Tağı əmi quşçular arasında məşhur idi.
O, bəslədiyi quşun önündən...

QUŞÇULUQ (ID - 26586)

is. Kənd təsərrüfatının bir sahəsi kimi ev quşları yetişdirmə təsərrüfatı. Quşçuluq mühüm kənd təsərrüfatı sahələrindən biridir.

QUŞDİLİ (ID - 26587)

is. 1. məh. bot. Tünd-yaşıl rəngli, yeyilən bir bitki.
məc. Anlaşılmayan bir dil.

QUŞƏLƏYİ (ID - 26588)

is. Çörəyə naxış salmaq üçün dəstə şəklində bağlanan quş lələkləri topası.

QUŞƏPPƏYİ (ID - 26589)

QUŞXANA (ID - 26590)

is. [quş və fars. ...xanə] Quşlar, adətən ev quşları yetişdirilən, saxlanılan yer.

QUŞLAMAQ (ID - 26591)

f. Alıcı quşla ovlamaq. Quş quşlamaq - alıcı quşla quş ovlamaq.

QUŞNİŞAN (ID - 26592)

sif. Üstündə quş şəklində naxışı olan. Quşnişan xalça.

QUQOALXMAZ (ID - 26593)

bax quşqonmaz1. Qara .. elə bil ki, o quyunun dibindən düz birbaş quşqalxmaz dağın başına uçub qalxmışdı. S.Rəhimov.

QUŞQONMAYAN (ID - 26594)

bax quşqonmaz1. Gərək quşqonmayan dağlar çapılsın; Uzaq səhralara yollar tapılsın. Z.Xəlil.

QUŞQONMAZ1 (ID - 26595)

sif. Çox uca, çox yüksək. Quşqonmaz dağlar. - Quşqonmaz qayalar vermiş baş-başa; Xəyalım az qalıb oynayıb coşa. S.Vurğun. ..Qəsr-qala .. Terekin sol sahilində quşqonmaz qayaların zirvəsində tikilmişdir. M.İbrahimov.

QUŞQONMAZ2 (ID - 26596)

is. bot. Efir yağlarına malik və tərkibində aşı maddəsi olan nazik gövdəli, sarı tikanlı ot bitki. Quşqonmaz çoxillik ot olub, bataqlıq yerlərdə və çay kənarlarında bitir.

QUŞQULANMAQ (ID - 26597)

f. Hürkmək, qorxmaq, titrəmək. Köpək də dərənin dibindən keçən dəvə karvanının zəng səslərini dinləyə-dinləyə quşqulanır. M.S.Ordubadi.

QUŞQUN (ID - 26598)

is. Atın belində yəhərin qabaq tərəfə sürüşməməsi üçün onun quyruğu altından keçirilən qayış. // Ümumiyyətlə, iş heyvanlarının quyruğu altından keçirilən qayış. Quşqun olub quyruğa keçincə, yüyən olub ağıza keç....

QUŞQUNLAMA (ID - 26599)

“Quşqunlamaq” dan f.is.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed