QUŞQUNis. Atın belində yəhərin qabaq tərəfə sürüşməməsi üçün onun quyruğu altından keçirilən qayış. // Ümumiyyətlə, iş heyvanlarının quyruğu altından keçirilən qayış. Quşqun olub quyruğa keçincə, yüyən olub ağıza keç. (Ata. sözü). Birdən ala cöngənin quşqunu quyruğunun dibini sürtdü. S.Rəhimov.
□ Quşqun bağlamaq - ələ salmaq, lağa qoymaq, araya qoymaq, masqara edib gülmək. Quşqun təklifi - ağızucu təklif, qeyrisəmimi təklif, könülsüz təklif. Paylaşın - Hamı bilsin
|