.....i_l_by_id_with_comments
QUŞis. 1. Bədəni tük və lələklə örtülü, ikiqanadlı, ikiayaqlı, dimdikli uçan heyvan sinfi. Yırtıcı quşlar. Ev quşları. Oxuyan quşlar. Köçəri quşlar. Su quşları. - Quşlar yuvalarında oturub, dimdiklərini təmizləyirdilər. N.Nərimanov. Quşlar qayıdıb oxur təranə; Şaxlarda tikirlər aşiyanə. A.Şaiq.
2. Ətlə dırnağın bitişdiyi yerdə ətdən aralanmış incə dəri hissəciyi. □ Quş südü - tapılmaz şey, heç yerdə mövcud olmayan xəyali bir şey. Iş tapmaq, necə deyərlər, quş südü tapmaq kimi bir şey idi. P.Makulu. Quş-quş olmaq - bir-birinə bitişib aralanmamaq (kirpiklər haqqında). ..Bibim gəldi bizə, oğlanı naxoş görüb .. dedi: Ay qız, baxıram, uşağın gözləri saralıb, kirpikləri quş-quş olub və başının tükü bizbizdi. “Mol. Nəsr.” Quşu qonmaq - meyli düşmək, xoşuna gəlmək. Dəmirçioğlunun müştəriyə quşu qondu. “Koroğlu” . Paylaşın - Hamı bilsin
|