
QUŞÇUis. 1. Quşçuluq mütəxəssisi. // Quşçuluq ferması işçisi, fermada ev quşları bəsləməklə məşğul olan adam. Quş saxlamaqla məşğul olan adam; quşbaz. Tağı əmi quşçular arasında məşhur idi.
O, bəslədiyi quşun önündən bir qırqovul qaçıb canını qurtara bilməzdi. S.S.Axundov. Quşçular özləri də xəsillərin dibində gizlənib düdük çalırdılar. H.Sarabski. Qədimdə: xanların, bəylərin ov quşlarına baxan adam. [Bəy:] Bunların babaları ya xanın cəlladları olublar, ya təlxək, ya qatırçı, ya quşçu. Ə.Haqverdiyev. Paylaşın - Hamı bilsin
|