İzahlı lüğət

QULUNLAMA (ID - 26300)

“Qulunlamaq” dan f.is.

QULUNLAMAQ (ID - 26301)

f. Bala doğmaq (madyan haqqında). Madyanlar qulunlamışdır.

QULUNLU (ID - 26302)

sif. Yanında balası olan, qulunu olan. Satış üçün bazara gətirilən qoyunlar, keçilər, yanı buzovlu inəklər, qulunlu madyanlar, uzunqulaqlar bazarın kənarındakı təpəyə yığılmışdı. S.Rəhimov.

QULYABANI (ID - 26303)

is. 1. Xurafatçıların təsəvvürüncə guya tənha çöllərdə, qalın meşələrdə tək qaldıqda adamın gözünə görünən mövhum bir vücud. Əsəd başını yelləyib xortdanın uzun olduğunu təsdiq etdi: - Gördünüzmü, süpürgəsaqqal...

QUM (ID - 26304)

is. Bərk mineralların, əksərən kvarsın narın dənələri. Dəniz qumu. İri qum. - ..Səki çay qumundan ibarət olduğu üçün palçıqsız və təmiz idi. M.İbrahimov. Mühəndis təpənin üstünə çıxıb qumu bir xeyli kürəklədi. Mir...

QUMAR (ID - 26305)

is. [ər.] Pul və s. ilə oynanılan oyun. [Səlim bəy:] Həmişə qış uzunu bikar qalanda oğlunla lopuqdan qumar oynayırdın. Ə.Haqverdiyev. Bir cavanın mən dünən gördüm cibində yüz tümən; İndi bir dinarı yox, bais qumar olsun gərək....

QUMARBAZ (ID - 26306)

is. [ər. qimar və fars. ...baz] Qumar oynamağı özünə adət etmiş adam. [Həpo:] Qumarbaz baba idim, aldım, apardım, çünki nahaq işdən ötrü verilmişdi, bərəkəti də olmadı. M.F.Axundzadə. Qumarbazlar arasında ürəkli aşıq atan...

QUMARBAZLIQ (ID - 26307)

is. Qumarbazın işi, peşəsi; qumar oynamağı özünə peşə etmiş adamın hal və keyfiyyəti.

QUMARÇI (ID - 26308)

b a x qumarbaz.

QUMARÇILIQ (ID - 26309)

bax qumarbazlıq.

QUMARXANA (ID - 26310)

is. [ər. qimar və fars. ...xanə] Qumar oynanılan yer. [Həcər xanım:] Şahbaz bəy evimi.. qumarxanaya döndərib. S.S.Axundov. Çayçı dükanının dal tərəfində qumarxana olardı. H.Sarabski.

QUMAŞ (ID - 26311)

is. [ər.] İpək, yun, kətan və s.-dən toxunmuş parça; ümumiyyətlə parça, arşınmalı. [Hacı Qara:] Bunların qumaşı özgə qumaşdır, müştəri macal vermir. M.F.Axundzadə. Al qumaşa bəzənərək yurdumuzun qızları; Bir şairin könlü...

QUMBARA (ID - 26312)

is. 1. Bomba, top gülləsi. Əl
qumbarası (əl bombası). - Yaxında partlayan qumbaradan qıçı və qolu yaralanmış Əhməddən əvvəl Səlim döyüş meydanından götürülmüşdü. Ə.Əbülhəsən.
2. İdman məşğələlərində: uzağa...

QUMBARAATAN (ID - 26313)

is. və sif. 1. Müharibədə düşmən üzərinə qumbara atan top, ya əsgər.
2. idm. Qumbara atmaqda mütəxəssis olan idmançı.

QUMBARAÇI (ID - 26314)

1. köhn. bax qumbaraatan 1-ci mənada.
2. is. Qumbara qayıran usta.

QUMBRIN (ID - 26315)

[əsli lat.] Neft tullantılarından hazırlanan süni gübrə.

QUMBRİNLİ (ID - 26316)

sif. Tərkibində qumbrin olan.

QUMDARISI (ID - 26317)

is. məh. bot. Taxıl fəsiləsindən yem bitkisi.

QUMDAŞI (ID - 26318)

is. geol. Gil, əhəng və s. ilə qarışıb bərkimiş qumdan ibarət süxur. Çökmə süxurların dənizdə əmələ gələn növlərinə misal olaraq qumdaşı, əhəngdaşı, gil və s. göstərmək olar. M.Qaşqay.

QUMEŞƏN (ID - 26319)

is. zool. Balıq kürüsündən çıxan sürfə.

QUM-QUM (ID - 26320)

zərf dan. Çəngə-çəngə, komkom, topa-topa. Bəşirin bu cavabı biçarənin canına lərzə salır, uca səslə fəryad edib və saçlarını qum-qum dibindən qoparır. F.Köçərli.

QUMQUMA (ID - 26321)

is. [ər.] 1. Yandan asılan kiçik su qabı. Bir çoxları öz yol xərcliyini, .. qumqumasını alıb yola düşməyə hazırlanır. M.S.Ordubadi.
2. məh. zool. Ilk baharda bağlarda və meşələrdə meyvə ağaclarına daraşıb, onların yarpaqlarını...

QUMQUMAÇI (ID - 26322)

is. dan. Həddən artıq xırdaçı, vasvası, zəhlətökən adam.

QUMLAQ (ID - 26323)

bax qumluq 2-ci mənada.

QUMLAMA (ID - 26324)

“Qumlamaq” dan f.is.

QUMLAMAQ (ID - 26325)

f. 1. Qumla sürtüb yumaq, təmizləmək; qumla silmək, sürtmək. Qabları qumlayıb təmizləmək.
2. Bir şeyin üstünü qumla örtmək, bir şeyi qum altında basdırmaq.

QUMLANMA (ID - 26326)

“Qumlanmaq” dan f.is.

QUMLANMAQ (ID - 26327)

məch. 1. Qumla sürtülüb təmizlənmək, qumla silinmək.
2. Üstü qumla örtülmək, qum altında basdırılmaq.

QUMLU (ID - 26328)

sif. 1. İçində, tərkibində qum olan, qum qarışığı olan. Qumlu kirəc. Qumlu sement. Qumlu suvaq.
2. Qumu çox olan, qumla örtülü olan. Qumlu sahil. Qumlu səhra. - Kəndin bütün ətrafını aradım; ancaq burada bir parça qumlu yer...

QUMLUCA (ID - 26329)

is. 1. bot. Birillik, ya çoxillik bəzək bitkisi.
2. Çoxlu miqdarda qum qatışığı olan yumşaq torpaq.

QUMLUQ (ID - 26330)

1. sif. Qumdan ibarət olan, qumla örtülü olan, qumsal. Qumluq yer. Qumluq səhra. Qumluq təpə.
2. is. Qumsal yer, qumu çox olan, qumla örtülü yer. Bu qumluqda ağac bitməz. Qumluqlara lalə, nərgiz əkirsiz; Siz dolanıb yağa-yağa buludlar!...

QUMLULUQ (ID - 26331)

is. Qumlu şeyin halı; tərkibində, içində qum olma. Süxurun qumluluğu.

QUMRAL (ID - 26332)

sif. Açıq-şabalıdı rəngində olan. Ayrım qızı qısaboylu, kök bir qadın idi. Kiçik qumral gözləri, ay kimi yuvarlaq üzü var idi. A.Şaiq. O qumral saçları tökəndə üzə; Olur könlüm evi viranə, dilbər. R.Rza. Elmü ürfan qazanmağa...

QUMRALLIQ (ID - 26333)

is. Qumral rəngində olma, qumral rəngində olan şeyin halı.

QUMRALSAÇLI (ID - 26334)

sif. Saçı qumral (açıqşabalıdı) rəngində olan. Məmməd bəy on iki-on üç yaşında alagözlü, qumralsaçlı .. bir oğlan idi. Çəmənzəminli.

QUMRO(V) (ID - 26335)

is. Girdə zəng; zınqırov. Tulaları çağırmağa ehtiyac yox idi, çünki qızılquşun qumro səsi onları xəbərdar etmiş idi. S.S.Axundov. Birdən miyandarın səsi eşidildi, qumrov cingildədi. O saat musiqi başlandı. Çəmənzəminli.

QUMROVLU (ID - 26336)

sif. Boynundan və s.-dən qumrov asılmış, zınqırovlu. Bir günün içərisində otuz başdan yuxarı .. boğazı qumrovlu əmlik toplandı. S.Rəhimov.

QUMRU (ID - 26337)

is. zool. Göyərçin cinsindən boz rəngli gözəl bir quş. Bülbüllərə şərh edərdi halın; Qumrulara möhnətü məlalın. Füzuli. Yenə yaşıl don geyinmiş çəmənlər gülür; Təbiətdən ilham alıb ötür qumrular. S.Vurğun. Gündüzümün,...

QUMSAL (ID - 26338)

1. is. Qumluq yer, qumla örtülü olan dəniz sahili. [Şeyda:] Bir də bilirsən ki, bizim torpaqlar susuz, ələfsiz Ərəbistan qumsalıdır. A.Şaiq. Haqqı var vüqarla dərə gəzdirə; Səni bu qumsalda bitirən əllər. O.Sarıvəlli. Qumsalları...

QUMSALLI (ID - 26339)

b a x qumsal. O daşlı, qumsallı, gilli torpağı; Udur, lay-lay udur ekskavatorlar. S.Vurğun.

QUMSALLIQ (ID - 26340)

is. Qumsal yer, qumluq. Başımız üzərində bütün qüvvəti ilə hərarət saçmaqda olan günəş qumsallığı qor halına gətirmişdi. A.Şaiq. Hacıqabuldan sonra .. qumsallıq başlayır. Ə.Əbülhəsən.

QUMSOVURAN (ID - 26341)

sif. və is. xüs. Tikinti işləri aparılan yerdə qumu, torpağı sovuran (maşın). Qumsovuran maşın.

QUMUQ (ID - 26342)

is. Dağıstanda yaşayan türkdilli xalq və bu xalqa mənsub adam. Qumuq dili. Qumuq xalqı.

QUMUQCA (ID - 26343)

sif. və zərf Qumuq dilində. Qumuqca kitab. Qumuqca danışmaq.

QUNC (ID - 26344)

is. 1. Corabın, uzunboğaz çəkmənin və s. ayaqqabıların dizə qədər qalxan hissəsi. [Məstan bəy] çəkməsinin quncundan qamçısını çıxarıb, əlində firlatmağa başladı. B.Talıblı.
2. Bir şeyin tutacaq yeri. ..Sənəm atası...

QUNCLU (ID - 26345)

sif. Quncu olan. Qunclu çəkmə. Qunclu corab.

QUNCSUZ (ID - 26346)

sif. Quncu olmayan. Quncsuz ayaqqabı. Quncsuz corab.

QUNDAQ1 (ID - 26347)

QUNDAQ2 (ID - 26348)

is. Tüfəngin ağac hissəsi. Araz
tüfəngin qundağı ilə onu elə vurdu ki, o gerigeri çəkilərəkyerə sərildi. A.Şaiq. Qapı tüfəng qundağının zərbəsindən titrədi. M.İbrahimov.

QUNDAQBAĞI (ID - 26349)

is. Qundağı (1-ci mənada) sarımağa məxsus bağ.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed