İzahlı lüğət

QANE (ID - 23300)

[ər.] Qane olan, əldə etdiyi, yaxud əlində olan şeylə kifayətlənən, tamah etməyən. Nə versələr, ona qaneyəm. □ Qane etmək - kifayətləndirmək, razı etmək, təmin etmək, inandırmaq. Arazı bu cavab qane etmədi. A.Şaiq. Bütün...

QANEEDİCİ (ID - 23301)

sif. Qane edən, kifayətləndirən, razı edən, təmin edən, inandırıcı. Qaneedici cavab.

QANIACI (ID - 23302)

sif. dan. Ətiacı, zəhəndə, hər şeyin ziddinə gedən, acı danışan. Qanıacı adam.

QANIACILIQ (ID - 23303)

is. dan. Qanıacı adamın xasiyyəti; ətiacılıq, zəhəndəlik.

QANIAÇIQ (ID - 23304)

sif. Solğun, bənizi qaçmış. Kukla kök-qırmızı, Roza qanıaçıq və arıq idi. S.Rəhimov.

QANIXDIRMAQ (ID - 23305)

b a x qanıqdırmaq.

QANIXMAQ (ID - 23306)

b a x qanıqmaq. Belə getsə onların dişi şirəyə batar, qanıxarlar, bu kənddə adam qalmaz. S.Rəhimov. Qan içib qanıxan canavarları; Məhv et silahının qüdrətiylə sən. R.Rza

QANIXSAMAQ, QANIXSIMAQ (ID - 23307)

bax qanıqmaq.

QANIİSTİ (ID - 23308)

sif. Adama yovuşan, adamlarla üns tutan; ünsiyyətli, səmimi. Qanıisti adam.

QANIİSTİLİK (ID - 23309)

is. Adama yovuşma, ünsiyyət.

QANIQ (ID - 23310)

sif. 1. Qana yerikləyən, qana susamış, qana həris. // Is. mənasında. Sərt, azğın, bəd, quduz kimi it. Fit verdim getdilər, yaxınlaşıb nə gördüm, .. qanıq minib canavarın belinə, qarpıb boynunu dalısından. N.Vəzirov.
2. Həris,...

QANIQARA (ID - 23311)

QANIQARALIQ (ID - 23312)

is. Pərtlik, məyusluq, əhval pozğunluğu. [Yusif:] Yox, Qəmər, bir də Camala rast gəlsəm, qanıqaralıq olacaq. S.Rəhman.

QANIQDIRMAQ (ID - 23313)

f. Alışdırmaq, dadandırmaq.

QANIQMA (ID - 23314)

"Qanıqmaq” dan f.is.

QANIQMAQ (ID - 23315)

f. 1. Alışmaq, dadanmaq; həris olmaq. Bu tula ov etməyə qanıqmışdır.
2. Qana susamaq, gözü qızmaq.

QANIQSAMAQ, QANIQSIMAQ (ID - 23316)

b ax qanıqmaq 2-ci mənada.

QANILMAQ (ID - 23317)

məch. Başa düşülmək. Həzrət Əşrəf Hacı Nayibə qanılmayan dildə yavaş-yavaş bir söz deyir. C.Məmmədquluzadə.

QANILMAZ (ID - 23318)

sif. Qanıla bilməyən, başa düşülə bilməyən.

QANIRILMAQ (ID - 23319)

1. “Qanırmaq” dan məch.
f. Çevrilmək, dönmək. [Nadir] dərhal məstliyindən ayıldı və qanırılıb baxdıqda Məstan bəyi gördü. B.Talıblı.

QANIRMA (ID - 23320)

"Qanırmaq” dan f.is.

QANIRMAQ (ID - 23321)

f. Burmaq, əymək, qatlamaq, bükmək, qarmaq, çevirmək. Yenə bir-birinə yanaşdılar, bu dəfə başlarını qanırıb, peysərlərini bir-birinə sürtüb, ayrıldılar. Çəmənzəminli. Qüvvətli bir kəndli onun [Səmədin] sağ biləyini qanırdı,...

QANIRTMAQ (ID - 23322)

“Qanırmaq” dan icb.

QANISOYUQ (ID - 23323)

sif. Adamayovuşmaz, adamdanqaçan, adama isinişməyən; üzügülməz; xoşa gəlməyən. Qanısoyuq adam. O, çox qanısoyuqdur. - ..Şəhərimizdə yaxşı və namuslu adamlarla bərabər, üzüdönük və qanısoyuq adamların da olduğunu boynumuza...

QANISOYUQLUQ (ID - 23324)

is. Adama yovuşmama, adamdan qaçma, adama isinişməmə; qanısoyuq adamın keyfiyyəti.

QANIŞİRİN (ID - 23325)

sif. Adamların rəğbətini özünə cəlb edən, özünə qarşı hüsn-rəğbət oyadan; sevimli, qanıisti. Qanışirin adam. Qanışirin uşaq.

QANIŞİRİNLİK (ID - 23326)

is. Qanışirin adamın keyfiyyəti; sevimlilik, qanıistilik.

QANİÇƏN (ID - 23327)

sif. Zalım, qəddar, rəhmsiz, vəhşi. Simaca kafir, qaniçən, talançı və cəsur olan bu tayfa [hun tayfası] .. hədsiz zülmlər etmişlər. A.Bakıxanov. ..Daşqəlbli qaniçən qazaqlar.. zavallı işçiləri bacardıqca qılıncdan keçirirdilər....

QANİÇİCİ (ID - 23328)

bax qaniçən. Gördülər qaniçici gözlərini əhli-nəzər; Bu sitəmkarları axırda tutar qan, dedilər. S.Ə.Şirvani. Qaniçici faşistlərin məzarlıqdır yalnız yeri. S.Vurğun. [Pəricahan:] Sən elə qaniçici, dünyanı oda tutub viran...

QANİÇİCİLİK (ID - 23329)

is. Zalımlıq, qəddarlıq, rəhmsizlik, vəhşilik.

QANKƏSƏN (ID - 23330)

bax qankəsici. Qankəsən ot.

QANKƏSİCİ (ID - 23331)

sif. Qan axmasını dayandıran. Qankəsici dərman.

QANKÖÇÜRMƏ (ID - 23332)

is. tib. Müalicə məqsədi ilə xəstənin bədəninə başqasından alınmış qanı, yaxud öz bədəninin bir yerindən alınmış qanı başqa yerinə yeritmə. Qanköçürmə üsulundan yalnız əsil qan xəstəliklərinin deyil, bir çox başqa...

QANQAL (ID - 23333)

is. bot. Yarpağı tikanlı, özəyi yeyilən alaq bitkisi; qalağan. Qanqallar da çiçək açmışdı. İ.Əfəndiyev. Onlar kəndi keçmişdilər. Şahnigar bunu bilsə də dinmir, qanqalların arası ilə irəliləyirdi. İ.Şıxlı.

QANQALLI (ID - 23334)

sif. Qanqal bitən, qanqalı çox olan. Qanqallı əkin. Qanqallı çöllər.

QANQALLIQ (ID - 23335)

is. Çoxlu qanqal bitən yer. Belə bəhs edərək, gəlib bir kolluq və qanqallıq yerdə qazılmış qəbrə çatdılar. S.S.Axundov. Uzunqulaq özünü evin yan tərəfinə, qanqallığa verdi. S.Rəhimov.

QANQARALDAN (ID - 23336)

sif. Əhvalı pozan, pərt edən, əsəbiləşdirən. Qanqaraldan söz.

QANQARALDICI (ID - 23337)

sif. bax qanqaraldan. Qanqaraldıcı söz. Qanqaraldıcı xəbər.

QANQI, QANQU (ID - 23338)

“Hansı” sözünün qədimi forması. Vəsfində Nəsimi sözünü ərşə çıxardı; Qanqı sədəfin incisi buldu bu nizami? Nəsimi.

QANQIMAQ (ID - 23339)

f. məh. Diləmək, valvarmaq, arzusunda olmaq, həsrətində olmaq. Sail, qapıdan baxma bizə, pis göz atarsan! Çox qanqıma, durram, elə vurram ki, batarsan! M.Ə.Sabir.

QANQIRMIZI (ID - 23340)

sif. Qan kimi qırmızı, qıpqırmızı. Gözlərdə dolaşan qanqırmızı su; Otən yarışların nəticəsiydi. M.Müşfiq.

QANOREN (ID - 23341)

[yun.] tib. Qan dövranının pozulması nəticəsində toxuma və ya bədənin bir verinin çürüvərək ölməsi. Ayağı qanqren olmaq.

QANQRENLİ (ID - 23342)

sif. tib. Qanqren olmuş. Qanqrenli barmaq.

QANQSTER (ID - 23343)

is. [ing.] Quldur, sovğunçu, bandit.

QANQURUDAN (ID - 23344)

1. is. bot. Qan dayandırmaq üçün xalq təbabətində işlədilən bir bitki.
2. sif. Axan qanı qurudan, davandıran. Qanqurudan dərman.

QANLI (ID - 23345)

sif. 1. Qana batmış, qana bulaşmış. Qanlı paltar. Qanlı silah. - Fəhlələrdən bir neçə nəfəri Qurbanın qanlı cənazəsini kazarmaya gətirirlər. M.İbrahimov. Qanla dolu, qanla qarışıq, içində qan olan. Qanlı irin. Qanlı ishal....

QANLIBIÇAQ (ID - 23346)

is. dan. Düşmən. Amma Murtuza Qulu xanla araları yoxdur, qanlıbıçaqdırlar. M.S.Ordubadi. Ancaq o çox sadədir, tərifi-zadı sevməz; Elə bil ki, şöhrətlə qanlıbıçaq kimidir. R.Rza. □ Oanlıbıçaq olmaq - bir-birilə düşmən olmaq;...

QANLI-QAÇAQ (ID - 23347)

zərf Düşmən, qan düşməni. [Bayram:] ..Öldürməkdən nə hasil? Mən özüm də qanlı-qaçaq ollam. M.F.Axundzadə.

QANLI-QADALI (ID - 23348)

sif. Xatalı, qorxulu, qana bais ola bilən.

QANLILIQ (ID - 23349)

is. 1. Qanlı, qana bulaşmış şevin halı.
Bədəndə qan çoxluğu; dolğunluq.
Qatillik, canilik, adam öldürmə.
Köhnə məişətdə: düşmənçilik, qan ədavəti. Camaat arasına qanlılıq düşürdü. H.Sarabski. [Səttar:] Mən...

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed