QANIQsif. 1. Qana yerikləyən, qana susamış, qana həris. // Is. mənasında. Sərt, azğın, bəd, quduz kimi it. Fit verdim getdilər, yaxınlaşıb nə gördüm, .. qanıq minib canavarın belinə, qarpıb boynunu dalısından. N.Vəzirov.
2. Həris, dadanmış, alışqan, vərdişli. □ Qanıq etmək - dadandırmaq, alışdırmaq. Qanıq olmaq - həris olmaq, yerikləmək. Milçək qana qanıq olar. Qanıq salmaq - razı salmaq, təmin etmək, toxtatmaq. Paylaşın - Hamı bilsin
|