
QANİÇƏNsif. Zalım, qəddar, rəhmsiz, vəhşi. Simaca kafir, qaniçən, talançı və cəsur olan bu tayfa [hun tayfası] .. hədsiz zülmlər etmişlər. A.Bakıxanov. ..Daşqəlbli qaniçən qazaqlar.. zavallı işçiləri bacardıqca qılıncdan keçirirdilər. S.S.Axundov. // İstismarçı, qansoran, tüfeyli. // İs. mənasında. [Fərman:] ..Ağa Mirzə Əhməd də canavarların, qaniçənlərin böyüyüdür. Ə.Haqverdiyev.
Paylaşın - Hamı bilsin
|