İzahlı lüğət

QARASAÇ(LI) (ID - 23600)

sif. Saçının rəngi qara olan. Qarasaç qız. Qarasaç oğlan. - Alagözlü, qarasaçlılar diyarı; Səndə Cabbarın, Seyidin, Nəvvabın, Uzeyirin, Bülbülün; neçə-neçə nəğməkarın; qoç igidin nəğməsi var; nərəsi var. R.Rza.

QARASAQQAL (ID - 23601)

sif. 1. Orta yaşlı; nə çox cavan, nə çox qoca olan. Bir dəqiqədən sonra qapı açılıb, uzunboylu, qarasaqqal, başının ortası qırxılmış bir adam qapıdapeyda oldu. Ə.Haqverdiyev. // İs. mənasında. [Qasım kişi:] Böyük adamsan...

QARASAQQIZ (ID - 23602)

is. Sənayedə, texnikada və xalq təbabətində işlənən saqqızabənzər qara rəngli ağac şirəsi; qatran, kitrə.

QARASAYAQ (ID - 23603)

bax qaratəhər.

QARASINCA (ID - 23604)

zərf Ardınca, dalınca. [Bayram:] Kim ilə gap eləyirəm? Tarverdinin qarasınca söylənirəm. M.F.Axundzadə. Camaat xörək istəyir, müdir də qapının ağzında dayanıb hər gələnə elan eləyir ki, aşpaz qaçıb, sonra da Umudun qarasınca...

QARASINA (ID - 23605)

zərf 1. Necə gəldi, harası gəldi, bilərək-bilməyərək; görmədiyi, bilmədiyi halda. [Qaraca çoban] gecənin zil qaranlığında o taya qarasına kəmənd atmağa başladı. M.Rzaquluzadə.
2. Dalınca, arxasınca, ünvanına. Nağdalı,...

QARASIZ (ID - 23606)

sif. Qarası olmayan (b ax qara3). Qarasız aş.

QARASOL (ID - 23607)

is. zool. Çəki balıqlarının, dənizdə və şirin suda yaşayan növlərindən biri.

QARASORAN (ID - 23608)

is. dan. Hər şeyi bilmək istəyən, sorğu-sualçı. [Heydər bəy:] Qırışmal qarasoransan, rahdarsan, bizim yolumuzu kəsdiribsən? M.F.Axundzadə. [Mədəd:] Bircə mənə de görüm, neçə ildir ortalığa çıxmısan? [Xanpəri:] Nəyinə lazımdır?...

QARASOV (ID - 23609)

sif. 1. Qaraya çalar, qaratəhər (rəng). Qarasov mahud. Qarasov paltar.
2. məh. Qaratorpaq.

QARASÖVDA (ID - 23610)

b ax malxulya.

QARAŞAM (ID - 23611)

is. bot. Şimal ölkələrində yayılmış iynəyarpaqlı meşə ağacı.

QARAŞIN (ID - 23612)

sif. Qarayağız, qarabuğdayı. Arvadın yaşı əllini və bəlkə əlli beşi keçmişdi. - Amma özü mərtub, sifəti qaraşın, hündür və salamat bir arvad idi. C.Məmmədquluzadə. Qaraşın, xoşsima gənc başını əlləri içinə alıb düşündü....

QARATEL(Lİ) (ID - 23613)

sif. Saçı qara, qarasaçlı. Nə ayla, nə günəşlə etmərəm müqayisə; Ucaboy, qaratelli talış gözəllərini. S.Rüstəm.

QARATƏHƏR (ID - 23614)

sif. Bir qədər qara, qaramtıl, qaraya çalan, bir qədər tutqun.

QARATƏPMƏCƏ (ID - 23615)

sif. dan. Qara-qorxu, hərbə-zorba, yalandan qorxutma.

QARATİKAN (ID - 23616)

is. bot. Çəpər üçün istifadə edilən tikanlı kol bitki. [Quşların] ..bütünpənah yeri qaratikan çəpərləri idi ki, orada azçox yem tapa bilirdilər. S.S.Axundov. Yüz ocağa od veribdir o qara təndir; Çəpərlərdə bitən gördüm qaratikanı....

QARATOYUQ (ID - 23617)

is. zool. Kolluqlarda və meşəliklərdə yaşayan sarıdimdikli qaramtıl rəngli oxuyan quş. Tağı əminin göstərişi ilə mən və Məmmədağa qaratoyuq, alacəhrə, sərçə kimi quşları tutmağı öyrənmişdik. S.S.Axundov. Nə bədgündü...

QARATORPAQ (ID - 23618)

sif. Rəngi qara və çürüntüsü çox olan münbit torpaq. Qaratorpaq sahələr. - Qaratorpaq əkin yerində, həmçinin bağ, bostan yerində nazik qırmızı qurd olur ki, ona suvalcan (soxulcan) deyirlər. “Əkinçi” .

QARAÜRƏKLİ (ID - 23619)

sif. Paxıl, qəlbiqara, bədxah; xainürəkli.

QARAÜRƏKLİK (ID - 23620)

is. Paxıllıq, səmimiyyətsizlik, xainlik, bədxahlıq, kinlilik. Sevdim kişi yerindən dilləndi: - Qaraürəkliyə lənət, paxılın atası gordan-gora tullansın! Ə.Vəliyev.

QARAVAŞ (ID - 23621)

bax qarabaş. Qollarından kəniz və qaravaşlar yapışmış xanım gəlib Qotursuyun yanındakı tut bağının hasarının üstündə oturdu. Çəmənzəminli. Bir də görərdin ki, dövlətli qadın qollarına qızıl qolbaqlarını keçirib başına...

QARAVƏLLİ (ID - 23622)

is. Azərbaycan xalq aşıq yaradıcılığında mövzusu məişətdə olan əhvalatlardan alınmış məzhəkəli janr. Ortaboylu, əsmər bənizli, daima gülərüzlü Firuzə məzəli zarafatları, incə qaravəlliləri ilə manqanın həyatına hər...

QARAVURĞUN (ID - 23623)

is. dan. İflic.

QARAYAGIZ (ID - 23624)

sif. Əsmər, qarabuğdayı. Qarayağız qız. Qarayağız oğlan. - Içəridən qarayağız, ortaboylu bir gənc gülə-gülə: Araz, sən bu yerləri çoxmu sevirsən? - deyə soruşdu. A.Şaiq. Bu suyuşirin, bu qarayağız; Qızın sinəsində; Duyğusu...

QARAYAXA (ID - 23625)

sif. dan. İstədiyindən əl çəkməyən, tutduğunu buraxmayan, qır-saqqız olub adamı təngə gətirən. Qarayaxa adam. Qarayaxa (z.) olmaq.

QARAYAXALIQ (ID - 23626)

is. dan. İstədiyindən əl çəkməmə, tutduğunu buraxmama, təngə gətirmə; qarayaxa adamın xasiyyəti. Qarayaxalıq eləmək.

QARAYAMAN (ID - 23627)

is. dan. İnsan və ya heyvanda öldürücü bir yara.

QARAYANIQ (ID - 23628)

sif. Qarabəniz, qarayağız. Kəlbalı alçaqboylu, gödək qılçaları xeyli içəriyə əyilmiş, qarayanıq bir adam idi. S.Rəhimov.

QARAYANIZ (ID - 23629)

bax qarayağız. Şahnisə xanım qızının qarayanız çöhrəsində dolaşan fərəh və nəşəni fəxr ilə seyr [edirdi] Çəmənzəminli. [Mələk] zahirən kobud görünən bu enlikürək, qarayanız kişinin ürəyindən nələr keçdiyini bilmək...

QARAYARA (ID - 23630)

is. Qaramalda, atlarda, qoyunlarda olan, bəzən də insanlara keçən yoluxucu azar. [Xavər:] Barmaqları tökülsün o müəllimin! Əllərinə qarayara çıxsın onun! Qışqırıq xırp kəsildi və acı hönkürtüyə çevrildi. İ.Məlikzadə.

QARAYATAQ (ID - 23631)

sif. dan. Daima xəstə olub yatağından durmayan.

QARAYATALAQ (ID - 23632)

is. dan. Yatalaq, tif.

QARAYEL (ID - 23633)

is. Hər şeyi qurudub xarab edən şiddətli isti və quru külək. Yağmadı yağış, bitmədi bir danə, nə borcum? Əsdi qarayel çəltiyə, bostanə, nə borcum? M.Ə.Sabir. Burada xoşa gəlməyən qarayeldir, doludur. S.Rüstəm. // məc. Fəlakət,...

QARAYƏHƏR (ID - 23634)

sif. məh. Yəhər qoyulmamış, çullu.

QARAYONCA (ID - 23635)

is. bot. Mədəni çoxillik yonca bitkisi.

QARAYORĞA (ID - 23636)

sif. Yerişi o qədər yaxşı olmayan və yorğasını bəzən azdıran. Qarayorğa at.

QARAZURNA (ID - 23637)

is. mus. 1. Zil səsli zurna növü. ..Azərbaycan tarixini nəzərdən keçirsəniz görərsiniz ki, vaxtı ilə qarazurna müharibə musiqi alətlərindən biri olmuşdur. Ü.Hacıbəyov. Qarazurnanın fəryadı altında, böyük tonqalın dövrəsində...

QARÇI (ID - 23638)

is. köhn. Qarı xüsusi yerlərdə saxlayıb yayda satan adam.

QARÇİÇƏYİ (ID - 23639)

is. bot. Yazın əvvəlində qar əriyən kimi açılan ağ çiçək; qargülü, xəccəgülü. Uşaqlar qarçiçəyi və novruzgülü dərməyə getdilər. - Hələ novruzgülü var, qarçiçəyin var, gələcəklər; Yel-yağışda yuyunub gün səpiləndə...

QARDAŞ (ID - 23640)

is. 1. Bir ata-anadan, yaxud yalnız bir atadan və ya bir anadan olan oğulların bir-birinə, yaxud bacısına nisbətən hər biri. [Qaraca çoban] ..bağıryaran bir səslə qıy vurub irəli şığıdı. Iki qardaşı da gəlib ona qoşuldular. M.Rzaquluzadə....

QARDAŞCASINA (ID - 23641)

zərf və sif. Qardaş kimi, ən yaxın bir dost kimi, səmimi olaraq. Qardaşcasına söhbət etmək. Qardaşcasına münasibət. Qardaşcasına əlini sıxmaq. Qardaşcasına kömək. - [Kəblə Rəcəbəli:] Əlbəttə, millətlər qardaşcasına dolansalar,...

QARDAŞCIĞAZ (ID - 23642)

“Qardaş” dan oxş.

QARDAŞCIQ (ID - 23643)

is. 1. Kiçik qardaş, yaşca balaca qardaş.
2. məc. Nəvazişlə müraciət. ..Beşikdə qoyub getdigim qardaşcığımmısan? “KitabiDədə Qorqud” .

QARDAŞQANI (ID - 23644)

is. məh. Xalq təbabətində işlənən bir bitki və onun çiçəyi.

QARDAŞQIZI (ID - 23645)

is. 1. Qardaşın qızı.
2. Yaşlı adamın yad qıza müraciəti.

QARDAŞLAŞMA (ID - 23646)

1. “Qardaşlaşmaq” dan f.is.
2. is. Müharibə edən orduların əsgərlərinin imperialist müharibələri əleyhinə etiraz əlaməti olaraq bir-biri ilə yoldaşcasına əlaqəyə girişməsi. Cəbhədəki əsgərlərin qardaşlaşması. Matrosların...

QARDAŞLAŞMAQ (ID - 23647)

f. Qardaş kimi səmimi olmaq, yaxın olmaq. Kiçik quşlar cəh-cəh vurub qonurkən ağaclara; Hər bir nəğmə “qardaşlaşmaq” səsləridir, sanıram. M.Müşfiq.

QARDAŞLIQ (ID - 23648)

is. 1. Qardaşlar arasındakı yaxınlıq və münasibət. □ Qardaşlıq etmək səmimi dost olmaq, kömək etmək. [Fərhad:] Musa, mənimlə doqquz ildir ki, yoldaşsan, mənə qardaşlıq eləyibsən, gərək mənə sən bir fikir çəkəsən. Ə.Haqverdiyev....

QARDAŞOĞLU (ID - 23649)

is. 1. Qardaşın oğlu. Qardaşoğlun harada işləyir?
2. Yaşlı adamın özündən kiçik oğlana müraciəti. [Dəyirmançı:] Bilirsən, qardaşoğlu, beş qızım var, Tanrı mənə oğul zürriyyəti məsləhət görməyib. Çəmənzəminli....

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed