
QARATİKANis. bot. Çəpər üçün istifadə edilən tikanlı kol bitki. [Quşların] ..bütünpənah yeri qaratikan çəpərləri idi ki, orada azçox yem tapa bilirdilər. S.S.Axundov. Yüz ocağa od veribdir o qara təndir; Çəpərlərdə bitən gördüm qaratikanı. M.Araz. Ocaqda atəşə rast gələn zaman; Çöp də qanad tapar, qaratikan da. X.Rza.
Paylaşın - Hamı bilsin
|