QARASAQQALsif. 1. Orta yaşlı; nə çox cavan, nə çox qoca olan. Bir dəqiqədən sonra qapı açılıb, uzunboylu, qarasaqqal, başının ortası qırxılmış bir adam qapıdapeyda oldu. Ə.Haqverdiyev. // İs. mənasında. [Qasım kişi:] Böyük adamsan deyə ayaqlarının altında torpaq olmalıyıq biz?! Birini ora buyurursan, birin bura buyurursan, birinə ağzından çıxanı deyirsən! Nə ağsaqqal saya salırsan, nə qarasaqqal! İ.Məlikzadə.
2. Saqqalı qara olan. Qarasaqqal kişi. Paylaşın - Hamı bilsin
|