QIFILLANMIŞ (ID - 24950)f.sif Qıfılla bağlanmış. [Kitabçada] göstərilir ki, elmin qıfıllanmış qapıları əməkçi xalqın üzünə açılır. S.Rəhimov. // Bağlanmış.
|
QIFILLATMA (ID - 24951)“Qıfıllatmaq” dan f.is.
|
QIFILLATMAQ (ID - 24952)icb. 1. Qıfılla bağlatmaq.
2. məc. Ağzını yumdurmaq, danışmağa qoymamaq. |
QIFILLI (ID - 24953)sif. Qıfılla bağlanmış, bağlı. Qıfıllı qapı. Qıfıllı sandıq. Darvaza küçə tərəfdən qıfıllıdır. // Qıfılı olan.
|
QIFVARİ (ID - 24954)sif. Qıf şəklində olan, qıfaoxşar.
|
QIĞ (ID - 24955)is. Qoyun, keçi, dəvə və başqa heyvanların xırda yumrular şəklində olan ifrazatı (nəcisi). Balam, nə işimiz var? Deyərik: dəvə gördün, qığın da görmədim. M.F.Axundzadə.
|
QIĞILCIM (ID - 24956)is. 1. Yanar, yaxud qızarmış bir şeydən sıçrayan od zərrələri; çırtdaq, cılğam, çınqı. O ki qaldı “qığılcım” kəlməsinə, azərbaycanca qığılcım ən kiçik od şərarələrinə deyilir. M.F.Axundzadə. Yoğun elektrik kabelinin...
|
QIĞILCIMLANMA (ID - 24957)“Qığılcımlanmaq” dan f.is.
|
QIĞILCIMLANMAQ (ID - 24958)f. Qığılcım çıxarmaq, qığılcım saçmaq; qığılcım kimi işıq vermək, qığılcım kimi parlamaq; bərq vurmaq.
|
QIĞILCIMLI (ID - 24959)sif. Qığılcım verən, qığılcım çıxaran, qığılcımsaçan. // məc. Odsaçan, coşqun, ehtiraslı, qızğın.
|
QIĞILCIMSAÇAN (ID - 24960)bax qığılcımlı. [Toğrul] qığılcımsaçan böyük gözlərini bir an yerə dikərək, [növbətçinin] gözləri içinə dərin-dərin baxdı. H.Nəzərli.
|
QIĞILDAMA (ID - 24961)“Qığıldamaq” dan f.is.
|
QIĞILDAMAQ (ID - 24962)f. Qığ-qığ etmək (körpə uşağın gülərək çıxardığı səs). Əşrəf hər səhər quşlar kimi erkən oyanar, kiçik beşiyinin içində qığıldamağa başlar. A.Şaiq. // Qağıldamaq.
|
QIĞILDANMA (ID - 24963)“Qığıldanmaq” dan f.is.
|
QIĞILDANMAQ (ID - 24964)bax qığıldamaq. [Xudaverən] yasavulun ayaq tərəfindən oynaqlayıb, - “Dədə, dədə!” - deyə qığıldandı. S.Rəhimov.
|
QIĞILDAŞMA (ID - 24965)“Qığıldaşmaq” dan f.is.
|
QIĞILDAŞMAQ (ID - 24966)qarş. Bir yerdə, hamı birdən qığ-qığ səs çıxarmaq (körpə uşaqlar haqqında). // Yerbəyerdən qığıldamaq. Qarğa kimi çox da qığıldaşmayın; Ay cücülər, bəsdi, cırıldaşmayın! Ə.Nəzmi.
|
QIĞILTI (ID - 24967)is. Körpə uşağın çıxardığı səs, qığ-qığ səs çıxarması.
|
QIGIRDAQ (ID - 24968)is. anat. Orqanizmin azca sərt, elastik birləşdirici toxumadan ibarət olan hissəsi və ya sümüklərin oynaqlarının üstünü örtən gəmircək, xımırtdək.
|
QIGIRDAQLI (ID - 24969)sif. Qığırdağı olan, yaxud qığırdaqdan ibarət olan. Qığırdaqlı sümük. Qığırdaqlı balıqlar.
|
QIĞ-QIĞ (ID - 24970)təql. Körpə uşaqların gülərkən çıxardıqları səs.
|
QIĞLAMA (ID - 24971)“Qığlamaq” dan f.is.
|
QIĞLAMAQ (ID - 24972)f. Qığ buraxmaq, qığ ifraz etmək (qoyun, keçi, dəvə haqqında).
|
QIĞLIQ (ID - 24973)is. Qoyunun, keçinin gödək bağırsağı.
|
QIXMIQ (ID - 24974)is. məh. Ağacı, odunu yararkən qopub düşən parçalar, baltanın altından çıxan odun qırıqları, talaşa.
|
QIXMIQLAMAQ (ID - 24975)f. məh. Odunu balta ilə xırda-xırda doğramaq, qıxmıq halına gətirmək.
|
QIJHAQIJ (ID - 24976)zərf Çox sürətlə, çox iti, qıjıltı ilə. Araz qıjhaqıj axır, dumanlı gecədir, gahgah ildırım çaxır. M.F.Axundzadə. Adətimiz daş idi dəva günü; Tullar idik əldə sapan, qıjhaqıj. M.Ə.Sabir. Sellər qıjhaqıjla tüğyan edirdi....
|
QIJI (ID - 24977)is. bot. Rütubətli yerlərdə bitən uzun və dilik-dilik yarpaqları olan bir bitki. Əbil pendirlə qıjını lavaşın arasına qoyub, dürməklədi və çox iştaha ilə yedi. Ə.Vəliyev.
|
QIJILAMA (ID - 24978)“Qıjılamaq” dan f.is.
|
QIJILAMAQ (ID - 24979)f. Qablaşdırılan meyvənin altına və üstünə qıjı qoymaq, qıjı ilə örtmək. Alma yeşiklərini qıjılamaq.
|
QIJILATMAQ (ID - 24980)icb. Qıjı qoydurmaq, qıjı ilə örtdürmək.
|
QIJILDAMA (ID - 24981)“Qıjıldamaq” dan f.is.
|
QIJILDAMAQ (ID - 24982)f. Qıjıltı səsi çıxarmaq, qıjqıj etmək. Çay yaman qıjıldayır. Tapançanın gülləsi qıjıldayıb keçdi. - Ox qıjıldadı və .. Buğacın iki kürəyinin arasına sancıldı. M.Rzaquluzadə.
|
QIJILIQ (ID - 24983)is. Qıjı otu bitən yer. Arxın qırağı başdan-başa qıjılıqdır. Öküz qıjılıqda yatıbdır.
|
QIJILTI (ID - 24984)is. Çox iti axan suyun, yaxud havanı yarıb keçən cismin çıxardığı səs. Qalın meşə, yaşıl ot adam boyunda, gözəl quşların nəğmələri, iti bulaqların qıjıltısı, havanın təmizliyi insana ləzzət verir. N.Nərimanov.
Buğac... |
QIJILTILI (ID - 24985)sif. Qıjıltı ilə axan, çox iti axan. Qəhrəman .. aşağılarda, çox dərinlərdə axan qıjıltılı çaya baxırdı. S.Rəhimov.
|
QIJ, QIJ-QIJ (ID - 24986)təql. Qıjıltı səsi. Gəştə çıxsa ərşə qara qarğalar; Çalar qanadların, ay eylər qıj-qıj. Aşıq Ələsgər.
|
QIJOV (ID - 24987)is. Çayda suyun çox sürətlə axdığı yer. ..Tor isə birdən ona güc gəlir, o da qabaqkı kimi özünü çayın qıjovuna verirdi. S.Rəhimov.
|
QIQQILDAMA (ID - 24988)“Qıqqıldamaq” f.is.
|
QIQQILDAMAQ (ID - 24989)f. Gülmək. ..Bəylər də qıqqıldaya-qıqqıldaya (z.) qızların oynamasına çəpik çalırdılar. C.Məmmədquluzadə.
|
QIL (ID - 24990)is. Bəzi heyvanların və insanın bədənində çıxan sərt, qalın tük. Keçi qılı. At qılı. - Qaratoyuq tutmaq üçün at qılından cələ hörüb bağda, ağaclar altında çox xəzəl olan yerdə qururduq. S.S.Axundov. Möhkəm sarılmış...
|
QILAN (ID - 24991)is. məh. Əyrilə bilməyən yoğun tüklü yun.
|
QILBAŞ (ID - 24992)is. Çox zaman əl barmaqlarının baş tərəfinə dırnaq dibinə çıxan əziyyətli yara; dolama.
|
QILBOYUN (ID - 24993)sif. Boynu nazik, çox arıq.
|
QILCA (ID - 24994)zərf Zərrə qədər, zərrəcə, bir tük qədər, qətiyyən, əsla.
|
QILÇA (ID - 24995)bax qıç. Qılçası ağrımaq. Qılçası sınmaq. - Ancaq biçarə arvadın sağ qılçası dizdən yuxarı xınc-xınc olmuşdu. C.Məmmədquluzadə. [Nadir Məcidə:] Get, sən də şəhərdə fəhləlik elə. - Bu qıçlarımla hara gedim? - deyə...
|
QILÇALAMA (ID - 24996)“Qılçalamaq” dan f.is.
|
QILÇALAMAQ (ID - 24997)f. Qılçasından tutmaq, yapışmaq. Qılçalayıb yerə vurmaq. Keçini qılçalayıb tutmaq.
|
QILÇALANMAQ (ID - 24998)məch. Qılçasından tutulmaq.
|
QILÇIQ (ID - 24999)is. 1. Sünbüldə dənin qişası ucundakı uzun, qıl kimi nazik, iti, diş-diş tikan. Arpa qılçığı. Buğda qılçığı. - Tapdıq .. aran dəni sünbüllərinin uzun qılçıqlarını tumarlayıb iri ovcunun arasına aldı. Ə.Əbülhəsən.
2.... |
Bu səhifə dəfə baxılıb