
QILis. Bəzi heyvanların və insanın bədənində çıxan sərt, qalın tük. Keçi qılı. At qılı. - Qaratoyuq tutmaq üçün at qılından cələ hörüb bağda, ağaclar altında çox xəzəl olan yerdə qururduq. S.S.Axundov. Möhkəm sarılmış keçi qılı sicim [xanın] biləklərini zəncir kimi kəsdi. M.Rzaquluzadə.
□ Qıl kimi - çox nazik, çox incə. Qüssəsindən başımın qıl kimi incəlmiş tənim. Füzuli. Elə ki həşərat yavuq gəldi, buqələmun nazik qıl kimi dilini çıxarıb həşərat tərəfə uzadır. H.Zərdabi. Qıl qədər - azacıq, lap az, zərrə qədər. Qıldan asılmaq - əmanətə bənd olmaq, bir təsadüfdən asılı olmaq, təhlükə altında olmaq. [Sona xanım:] Gecələr sübhədək quru öskürək məni boğur; ürəyim qıldan asılır, indi qırılar, bir saatdan qırılar, deyirəm. Ə.Haqverdiyev. Qılı qıldan seçmək - incədən incəni seçmək, ən xırda şeyi seçmək, görmək. Aralarından qıl keçməmək - çox yaxın, mehriban dostlar haqqında. ..Cavanlıqdan ta Kərbəlayı Heydər ölən günə kimi Xudayar bəy ilə onun arasından qıl keçməzdi. C.Məmmədquluzadə. Paylaşın - Hamı bilsin
|