QABARIQLI (ID - 22900)sif. Qabarıq şəkildə olan; qabarıq.
|
QABARIQLIQ (ID - 22901)is. Qabarıq şeyin halı.
|
QABARILMAQ (ID - 22902)b a x qabardılmaq.
|
QABARIT (ID - 22903)[fr.] Bir şeyin ölçüsü, böyüklüyü, həcmi.
|
QABARLAMA (ID - 22904)“Qabarlamaq” dan f.is.
|
QABARLAMAQ (ID - 22905)f. 1. Qabar olmaq, suluqlamaq.
Döyənək olmaq, bərkimək. |
QABARLANMA (ID - 22906)"Qabarlanmaq” dan f.is.
|
QABARLANMAQ (ID - 22907)bax qabarlamaq.
|
QABARLATMA (ID - 22908)“Qabarlatmaq” dan f.is.
|
QABARLATMAQ (ID - 22909)icb. 1. Suluqlandırmaq, qabarlı etmək.
Çox sürtməkdən, toxundurmaqdan, əzməkdən bədənin bir yerinin ət təbəqəsini bərkişdirmək, döyənəkləşdirmək. |
QABARLI (ID - 22910)sif. Qabarla örtülmüş; döyənək. Atamın fikri və iradəsi də qabarlı əlləri kimi bərk və möhkəmdi. M.İbrahimov. □ Qabarlı əllər məc. - zəhmətkeşlər, fəhlələr mənasında. Qabarlı əllər uzanır “Zimni” yə; Köhnə...
|
QABARLILIQ (ID - 22911)is. Qabarlı şeyin halı.
|
QABARMA1 (ID - 22912)“Qabarmaq1’dan f.is.
|
QABARMA2 (ID - 22913)1. “Qabarmaq2” dan f.is.
is. coğr. Dəniz suyunun səviyyəsinin vaxtaşırı olaraq qalxması, artması hadisəsi. Qərbi Avropanın şimal və qərb hissələrində böyük qabarma və çəkilmələr olur. |
QABARMAQ1 (ID - 22914) |
QABARMAQ2 (ID - 22915)f. 1. Yüksəlmək, qalxmaq, daşmaq. Dağlarda qarlar əriyincə, çayların suyu qabarırdı. Dənizin sakit səthi ehmalca qabardı. - Birdən sanki üfüq enir, torpaq qabarır; Qarşımızı kəsən dağı bir əl qoparır. R.Rza.
Köpmək, şişmək.... |
QABARTI (ID - 22916)is. Qabarıq, suluq, döyənək.
|
QABARTMA (ID - 22917)1. “Qabartmaq” dan f.is.
sif. Çıxıntılı, qabarıq. Qabartma naxış. Qabartma yazı. // Qabarıq şəkillərdən, naxışlardan ibarət. Qəbir.. sandıq şəklində bir daşdan ibarət olub, dörd tərəfində Ceməstin həyati vəqələrini... |
QABARTMAQ (ID - 22918)f. 1. Qabarıq hala salmaq, şişirtmək, köpürtmək.
Yüksəltmək, yuxarıya qaldırmaq, daşdırmaq. Külək dənizin suyunu qabartdı. Tüklərini ürpərtmək, dikəltmək, biz-biz etmək, dik vəziyyətə salmaq. Xoruz tüklərini qabartdı.... |
QABARTMALI (ID - 22919)sif. Qabartmaları, qabartmalar şəklində bəzəyi olan. Yan divarlardan birisində .. güzgülər vurulmuşdu; o birisində zərif naxışlı əlvan qabartmalı taxçalar vardı. Çəmənzəminli.
|
QABAYUNLU (ID - 22920)sif. Yunu qaba olan, yunu zərif olmayan. Qabayunlu qoyun.
|
QABIQ (ID - 22921)is. 1. Bir şeyin üstünü örtən sərt örtü. Ağacın qabığı. Yumurtanın qabığı. Qoz qabığı. - Mağaranın içi yumşaq ağac qabıqları ilə döşənmişdi. A.Şaiq. □ Qabıq bağlamaq - üstündə qabıq əmələ gəlmək, qabıqlanmaq.
zool.... |
QABIQLANMA (ID - 22922)"Qabıqlanmaq” dan f.is.
|
QABIQLANMAQ (ID - 22923)f. 1. Qabıq bağlamaq, qabıq tutmaq. Fındıq hələ qabıqlanmayıb. Qat-qat soyulmaq, qat-qat qopmaq.
məc. Köz bağlamaq, köz tutmaq, üstü örtülmək (yara haqqında). |
QABIQLI (ID - 22924)sif. Qabıqla örtülü olan, qabığı olan (meyvə və s.). // Qılaflı. Qabıqlı böcək.
|
QABIQOTU (ID - 22925)is. bot. Əkin yerlərində və yamaclarda bitən alaq otu.
|
QABIQSIZ (ID - 22926)sif. Qabığı olmayan (meyvə və s.); üstündə qabığı olmayan, qabıqla örtülü olmayan; qılafsız. Qabıqsız və sümüksüz böcəklər (yumşaqbədənlilər).
|
QABIQYEYƏN (ID - 22927)is. zool. Bitkilərin qabığını yeyən ziyanverici (böcək).
|
QABIRĞA (ID - 22928)is. anat. 1. Fəqərələri döş sümüyü ilə birləşdirən qövsşəkilli sümük. İnsanın yeddi cüt yuxarı və beş cüt aşağı qabırğası vardır. - Qabırğalar yastı və mötərizə şəklində olub, fəqərələrin yanlarından qabağa...
|
QABIRĞAALTI (ID - 22929)sif. anat. Qabırğaların altında olan. Qabırğaaltı ət.
|
QABIRĞAARASI (ID - 22930)sif. anat. Qabırğaların arasında olan. Qabırğaarası əzələ.
|
QABIRĞACIQ (ID - 22931)is. Kiçik qabırğa.
|
QABIRĞALI (ID - 22932)sif 1. Qabırğası olan. Qabırğa kimi çıxıqları, yanları olan (qab və s.).
məc. Kök, ətli-canlı, yekə, dolğun, sağlam. |
QABIRĞASÖHBƏTİ (ID - 22933)is. dan. Uzanmış halda edilən söhbət. Gecə hava durğun və isti olduğundan, yataqlarını eyvanda yanyana döşəyərək, bir neçə saat qabırğasöhbəti etdilər. A.Şaiq. [Rüstəm] çay-çörəkdən sonra onunla qabırğasöhbəti də elədi....
|
QABİL (ID - 22934)sif [ər.] 1. İstedadlı, qabiliyyətli, hər şeyi tez qavrayan zehinli, zəkalı. Qabil uşaq. Qabil tələbə. - Qabil şagird ustad olur ustadan. (Ata. sözü). Adam var ki, yüz sözdən bir məna duymağa qabil deyildir. Ə.Abasov. // Bacarıqlı,...
|
QABİLİYYƏT (ID - 22935)is. [ər.] 1. İstedad, fitri zəka; bir şeyi tez qavrama, tez mənimsəmə bacarığı. Musiqiyə qabiliyyət. Onun riyaziyyat elmlərinə qabiliyyəti böyükdür. Bu tələbənin dillərə qabiliyyəti yoxdur. - Insanda qabiliyyət də gərək olsun,...
|
QABİLİYYƏTLİ (ID - 22936)sif. 1. Qabiliyyətli, istedadlı, bacarıqlı, zehinli. Qabiliyyətli uşaq. Qabiliyyətli tələbə. Qabiliyyətli usta. Qabiliyyətli adam.
2. Ləyaqətli, dəyərli, layiq, münasib. Qabiliyyətli bir hədiyyə. |
QABİLİYYƏTSİZ (ID - 22937)sif. Qabiliyyəti, istedadı, bacarığı olmayan; istedadsız, bacarıqsız. Qabiliyyətsiz adam. - [Kor kişi] .. günəşin işığına baxa bilməzdi. Zəhmətə qabiliyyətsiz idi. S.Hüseyn. // Ləyaqəti olmayan, ləyaqətsiz; mərifətsiz. Qabiliyyətsiz,...
|
QABİLİYYƏTSİZLİK (ID - 22938)is. Qabiliyyəti, istedadı, bacarığı olmama; istedadsızlıq, bacarıqsızlıq. Bu işdə onun qabiliyyətsizliyi meydana çıxdı. // Ləyaqətsizlik, mərifətsizlik.
|
QABİLLƏŞMƏ (ID - 22939)“Qabilləşmək” dən f.is.
|
QABİLLƏŞMƏK (ID - 22940)f. Daha da qabil olmaq, qabiliyyəti, istedadı, bacarığı artmaq. // Məharətli olmaq, ustalaşmaq, kamilləşmək.
|
QABİLLİK (ID - 22941)is. Qabil olma; istedadlılıq, bacarıqlılıq, mahirlik. [Növrəstə:] Yox, qabillikdə iş yoxdur. Mollaxanada köhnə qayda ilə, köhnə əlifba ilə dərs verirdilər, odur ki, orada boş yerə neçə il sərf eləyib, bir şey də öyrənə bilmirdilər....
|
QAB-QACA (ID - 22942)top. İçərisində xörək hazırlamaq, yaxud içərisinə yemək şeyləri qoymaq üçün qablar. Qab-qacaq mağazası. Qabqacaq yumaq. Qab-qacaq şkafı. - Bu məfrəşlərdə bir qədər qab-qacaq və qeyri ev şeyləri vardır. S.S.Axundov. Küçələrə...
|
QAB-QAŞIQ (ID - 22943)top. Süfrəyə lazım olan qab, qaşıq və s. komplekti. Belə tutaq ki, sən evində bir pişik saxlayırsan və bu pişik yaxşı dolanmır; məsələn, qab-qaşığı gəlib yalayır. C.Məmmədquluzadə.
|
QAB-QAZAN (ID - 22944)top. İçərisində xörək bişirilən və ya içinə xörək qoyulan mətbəx ləvazimatı. [Xortdan:] Görürsən neçəsi.. qabqazanın arasında, taxçalarda qıvrılmış yatıbdır. Ə.Haqverdiyev. [Arvad:] İndi mən qaragün məfrəşləri bağlayım,...
|
QABQIRAN (ID - 22945)is. dan. Yarpağının içində süd kimi ağ maye olan bir bitki; qabsındıran, kasasındıran.
|
QABLAMA1 (ID - 22946)“Qablamaq” dan f.is.
|
QABLAMA2 (ID - 22947)is. Qulpsuz və ya qulplu qapağı olan kiçik qazança. □ Qablama qazan kip qapağı olan qazança. [Qoçu Heybətin] çox gülünc görünüşü vardı. Başında qablama qazana oxşar Buxara dərisindən qara papaq var idi. H.Sarabski.
|
QABLAMAQ (ID - 22948)f. 1. Qoymaq, kip qoymaq. Qazanın qapağını qablamaq.
2. Yerbəyer etmək, yerləşdirmək; qayda ilə bir şeyin içinə qoymaq, yığmaq. Paltarları çamadana qablamaq. - Ustalar dizlərini yerə qoyub, üzümü yeşiyə qablayırdılar. Mir... |
QABLANMA (ID - 22949)“Qablanmaq” dan f.is.
|
Bu səhifə dəfə baxılıb