İzahlı lüğət

QABİLİYYƏT

is. [ər.] 1. İstedad, fitri zəka; bir şeyi tez qavrama, tez mənimsəmə bacarığı. Musiqiyə qabiliyyət. Onun riyaziyyat elmlərinə qabiliyyəti böyükdür. Bu tələbənin dillərə qabiliyyəti yoxdur. - Insanda qabiliyyət də gərək olsun, zəkavət də gərək olsun, hamı oxuyan alim olmaz. C.Məmmədquluzadə.
Bir şeyi etmək imkanı, bacarığı. Yerimək qabiliyyətini itirmək. Əhalinin alıcılıq qabiliyyəti qat-qat artmışdır. Orqanizm müxtəlif xarici təsirlərə müqavimət göstərmək qabiliyyətinə malikdir.
Ləyaqət, mərifət, kamal. Qabiliyyətdə, mərifətdə, kamalda; Bu cahanda sənin kimi qız olmaz. Aşıq Ələsgər.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed