
QABİLsif [ər.] 1. İstedadlı, qabiliyyətli, hər şeyi tez qavrayan zehinli, zəkalı. Qabil uşaq. Qabil tələbə. - Qabil şagird ustad olur ustadan. (Ata. sözü). Adam var ki, yüz sözdən bir məna duymağa qabil deyildir. Ə.Abasov. // Bacarıqlı, hər şeyi bacaran, mahir, məharətli, ustad. Qabil usta. Qabil sənətkar. Qabil dərzi. - Maşallah, nə yaxşı qabilsən; Bağçabanlıqda xeyli kamilsən. A.Səhhət. [Ahıl qadın dedi:] Indi biz gəlib Cahan xalaya tay ola bilmərik. Özü də bir qabil arvaddır. Ə.Haqverdiyev. Mümkün olan. Əlacı qabil deyil. Düzəlməsi qabil deyil. - Tətbiqi qabil isə, fikrin gözəldir. Çəmənzəminli.
Yararlı, münbit, yaxşı. Mən səpdiyim toxum qabil torpağa səpilib. Ə.Haqverdiyev. Paylaşın - Hamı bilsin
|