İzahlı lüğət

QABİLİYYƏTSİZ

sif. Qabiliyyəti, istedadı, bacarığı olmayan; istedadsız, bacarıqsız. Qabiliyyətsiz adam. - [Kor kişi] .. günəşin işığına baxa bilməzdi. Zəhmətə qabiliyyətsiz idi. S.Hüseyn. // Ləyaqəti olmayan, ləyaqətsiz; mərifətsiz. Qabiliyyətsiz, mərifətsiz qızların; Yüzü bir dərdmənd dul ola bilməz. Aşıq Ələsgər. Əsrimizdə bu cür adamlar çoxdur, onlar xain, dəyərsiz, qabiliyyətsiz olduqları üçün yüksəlməyi ancaq alçaqlıqda axtarırlar. M.S.Ordubadi.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed