
QABARTMAQf. 1. Qabarıq hala salmaq, şişirtmək, köpürtmək.
Yüksəltmək, yuxarıya qaldırmaq, daşdırmaq. Külək dənizin suyunu qabartdı. Tüklərini ürpərtmək, dikəltmək, biz-biz etmək, dik vəziyyətə salmaq. Xoruz tüklərini qabartdı. - At yalını qabartmış, quyruğunu dikəltmiş, gözlərini və qulaqlarını oynadır, .. kişnəyirdi. S.Rəhimov. Suluqlandırmaq, qabar etmək. Gicitkən əlimi qabartdı. Paylaşın - Hamı bilsin
|