İzahlı lüğət

QABIRĞA

is. anat. 1. Fəqərələri döş sümüyü ilə birləşdirən qövsşəkilli sümük. İnsanın yeddi cüt yuxarı və beş cüt aşağı qabırğası vardır. - Qabırğalar yastı və mötərizə şəklində olub, fəqərələrin yanlarından qabağa doğru uzanmışlar və döş qəfəsinin yan divarlarını təşkil edirlər. Balakişiyev.
Bədəndə qabırğaların yerləşdiyi yer; böyür. Yan qabırğası əzilmək. - Qarovula tapşırmışam ki, içəri girmək istəyən kimi, bir güllə vur qabırğasına! M.S.Ordubadi. İskəndər kişi qabırğasına dəyən zərbələrin şaqqıltısı arasından Bahadırın çığırtısını da eşitmişdi. M.Hüseyn.
Bir şeyin kənarı, yanı, bir tərəfi. Samovarın qabırğası batmışdır.
□ Qabırğa vermək - 1) əyilmək, yıxılmağa meyil etmək. Bu divar, deyəsən, ortadan qabırğa verir; 2) qulaqardına vurmaq, özünü bilməməzliyə qoymaq, özünü arsızlığa vurmaq. Qabırğa kimi əyri - islahı çətin olan tərs adam haqqında.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed