QABIQis. 1. Bir şeyin üstünü örtən sərt örtü. Ağacın qabığı. Yumurtanın qabığı. Qoz qabığı. - Mağaranın içi yumşaq ağac qabıqları ilə döşənmişdi. A.Şaiq. □ Qabıq bağlamaq - üstündə qabıq əmələ gəlmək, qabıqlanmaq.
zool. Bəzi onurğasız heyvanlarda: buynuz təbəqəsindən ibarət olan üst örtü, qın. Xərçəng qabığı. Dəri, insan və heyvan dərisi. Qabığı soyulmaq. □ Qabıq vermək - qabığı, dərisi soyulmaq. Günün altında çox yanmışam, bədənim qabıq verir. □ Qabıq qoymaq - çox zəhmət çəkmək, çalışmaq, çalışıb əldən düşmək. [Mirzə Mustafa bəyə:] Siz qabıq qoymamışsınız. O qabığı bu fağır camaat qoyub. Ə.Haqverdiyev. Qabıqdan çıxmaq - 1) çox çalışmaq, çox əlləşmək, bütün gücünü sərf etmək. Qüdrətin tresti çox geridə qalıb, azı yarım il gərək qabıqdan çıxsın ki, bəlkə bizə çatdıra. M.Hüseyn. O, qabıqdan çıxıbdır hər biriyçün min kərə. B.Vahabzadə; 2) var-yoxdan çıxmaq, soyulmaq. Qabığına yerləşməmək (sığmamaq) - 1) həddindən artıq sevinmək; 2) son dərəcə təşəxxüslənmək, qürrələnmək, lovğalanmaq. Paylaşın - Hamı bilsin
|