QABARMAQ2f. 1. Yüksəlmək, qalxmaq, daşmaq. Dağlarda qarlar əriyincə, çayların suyu qabarırdı. Dənizin sakit səthi ehmalca qabardı. - Birdən sanki üfüq enir, torpaq qabarır; Qarşımızı kəsən dağı bir əl qoparır. R.Rza.
Köpmək, şişmək. Xəmir qabarır. Ürpərmək, dikəlmək, dik-dik durmaq, biz-biz durmaq. Xoruzun tükləri qabardı. Acıqlanmaq, sərt söz demək. □ Üzə qabarmaq, üstünə qabarmaq - üzə durmaq, sərt cavab qaytarmaq, acıqlanmaq. Kərbəlayı Heydər bir dəfə onun [Zeynəbin] üstünə qabarmamışdı. C.Məmmədquluzadə. məc. Ruha gəlmək, ruhlanmaq, coşmaq. Sən coş ki, qabarım mən də səninlə; Aşığam, qoy çalım saz bayramına. Ə.Cavad. // məc. İftixar hissi duymaq, iftixar etmək; son dərəcə sevinmək, ruhlanmaq. Paylaşın - Hamı bilsin
|