
QARATOYUQis. zool. Kolluqlarda və meşəliklərdə yaşayan sarıdimdikli qaramtıl rəngli oxuyan quş. Tağı əminin göstərişi ilə mən və Məmmədağa qaratoyuq, alacəhrə, sərçə kimi quşları tutmağı öyrənmişdik. S.S.Axundov. Nə bədgündü bu; it marıq vermir; quş yoxa çıxıb; Vurduğumuz bir qaratoyuq; o da düşdü kola. R.Rza.
Paylaşın - Hamı bilsin
|