QARASINCAzərf Ardınca, dalınca. [Bayram:] Kim ilə gap eləyirəm? Tarverdinin qarasınca söylənirəm. M.F.Axundzadə. Camaat xörək istəyir, müdir də qapının ağzında dayanıb hər gələnə elan eləyir ki, aşpaz qaçıb, sonra da Umudun qarasınca dişinin dibindən çıxanı deyir. İ.Məlikzadə. Salatın qızardı. Ürəyində “Allah abrınızı töksün” , - deyə gülüşənlərin qarasınca deyindi. İ.Şıxlı.
Paylaşın - Hamı bilsin
|