
QƏMZƏDƏsif. [ər. qəm və fars. ...zədə] klas. Qəmli, kədərli; bədbəxt, vazıq. Ziyadə qəmzədəyəm hicr ilə, xoş ol günlər; Ki, mən bu qəmzədəlikdən ziyadə xürrəm idim. Füzuli. Bəzm əhli dikibdir sənə yeksər gözün, amma; Gözlə məni, cana ki, füzun qəmzədəyəm mən. Q.Zakir. // İs. mənasında. Füzuli, demək olur ki, aləmi-insaniyyətdə tamam qəmzədələrin və möhnətkeşlərin yüklərini götürmək və məzlumların halına yanmaq üçün xəlq olunmuşdur. F.Köçərli.
Paylaşın - Hamı bilsin
|