
QİYAFƏTis. [ər.] Paltar, geyim, üst-baş. Böyükxanım da Münəvvərin əlbisə və qiyafətini mülahizə edib dərin-dərin düşünürdü. M.S.Ordubadi. // Bir adamın zahiri görünüşü, surəti; görkəm. [Bəhram:] Əvvəl sən belə deyildin, mən səndən qaçırdım, amma indi başqa bir qiyafət almışsan. C.Cabbarlı.
Paylaşın - Hamı bilsin
|