İzahlı lüğət

QİYAS

is. [ər.] 1. Məntiqdə: bir şeyi başqa bir şeyə bənzədərək və ya onunla müqayisə edərək hökm vermə, mühakimə yeritmə.
2. Zənn, güman, təxmin. [Molla Salman:] Hacı Nuru, sənin qiyasına görə, mən gərək Qarun olaydım; bəs mən niyə bir həsir və lüləyindən qeyri bir zada malik deyiləm? M.F.Axundzadə. □ Qiyas etmək - 1) müqayisə etmək, tutuşdurmaq, oxşatmaq; 2) zənn etmək, ehtimal etmək, hesab etmək. Çünki şah çox cavan və göyçək oğlan idi.. Hərəmlər bu əmri zarafat kimi bir şey qiyas edirdilər.. M.F.Axundzadə. Hükəma belə qiyas edir ki, bizim zəmanədə olan heyvanat və nəbatatın hamısı bir neçə cüft heyvan və ələfdən əmələ gəlmişdir. H.Zərdabi.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

QAL

QIS

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed