QİSİMis. [ər.] 1. Bütöv bir şeyin ayrı-ayrı parçası; hissə. Məhsulun bir qismi toplanmışdır. Mətnin bir qismi yığılmışdır. İşin çox qismi görülmüşdür. - Günlərimin bir qismini də Kərim baba ilə keçirirdim. A.Şaiq. Çocuqların bir qismi oynayır, bir qismi dənizdə çimirdi. S.Hüseyn.
Növ, cür. [Şah:] Aya sizin rəyinizə görə mən nə qisim tədbir ilə bu hadisəni öz vücudumdan dəf edə bilərəm? M.F.Axundzadə. Məlum şeydir ki, burada İsmayıl bəyin cavabı iki qisim ola bilərdi: ya hə, ya yox.. C.Məmmədquluzadə. Bir qisim adamlar da Səttarzadənin müsamirəsinə iş üçün gələnlərdir. Mir Cəlal. qisim-qisim sif. [ər.] Cürbəcür, növbənöv, müxtəlif. Yaqo .. Kassio Dezdemonanın mabeynində məhz ülfət və məhəbbət olduğunu qisim-qisim dəlillər ilə ərəbə sübut qılır. F.Köçərli. Paylaşın - Hamı bilsin
|