
QIŞQIRIQis. Çığırtı, bağırtı, çığırtı səsi. Qışqırıq qopmaq. Qışqırıq salmaq. Onun qışqırığını uzaqdan eşitdim. - Bu qədər qışqırığa durdu qonum-qonşu təmam; Dəbərişməz də, veribdir, deyəsən, can, ölübə! M.Ə.Sabir. [Şəmsi bəy:] ..Bu iki xanımdan bir qışqırıq qalxdı ki, dedim, yəqin qarşılarına aslan çıxmışdır. S.S.Axundov.
Paylaşın - Hamı bilsin
|