QOTAZLIsif. Qotazı olan, qotaz bağlanmış, qotazla bəzənmiş. Qotazlı pərdə. Qotazlı bayraq. Qotazlı qaytan. - [Məşədi Məmməd] əlində başı qotazlı təsbehini çevirərək baqqal Əbdülhəsənin dükanına gəldi. B.Talıblı. Xanım qara, ağır və qotazlı, piləkli pərdələri saldı. Mir Cəlal. Onun başının üstündən divarda .. qotazlı bir qılınc, qalxan, yay və sadaq asılmışdı. M.Rzaquluzadə.
Paylaşın - Hamı bilsin
|