QOTMANis. Tayaya vurulmaq üçün koma şəklində yığılmış ot. Biçilmiş otlar qotmanlara vuruldu. Otu tirələrdə kiçik qotmanlarda qurutmaq daha yaxşıdır. - Sonra yumşaq otların, qotmanların üstündə atılıb-düşməyə, bağırışmağa başladıq. A.Şaiq. [Arvadlar] çoxdan quruyub qotmanlarda qalan otu tayalayırdılar. Ə.Əbülhəsən.
Paylaşın - Hamı bilsin
|