QOHUMLUQis. 1. Ən yaxın əcdad ümumiliyi əsasında insanlar arasında əmələ gələn münasibət; əqrəbalıq. Yaxın qohumluq. Uzaq qohumluq. - Üç-dörd gün bundan qabaq qəssab Cəmil gəldi bizə. Bununla bizim bir yüngülvari qohumluğumuz da varmış. C.Məmmədquluzadə. Heç onun bizə qohumluğu da çatmır. Bununla belə, uşaqlıqdan bəri biz ona “Sarı bibi” demişik. Qantəmir. // Evlənmə nəticəsində əmələ gələn münasibət. Mənşə ümumiliyi və ya bilavasitə bənzərlik cəhətdən yaxınlıq. Dillərin qohumluğu. Qohumluq və mənşə etibarı ilə bir-birinə yaxın və uzaq olan bitkilərin çarpazlaşdırılması nəticəsində yeni bitki növləri alınır.
Paylaşın - Hamı bilsin
|