QAŞQAis. 1. Ümumiyyətlə, mal-qaranın, xüsusilə at, inək və öküz kimi iri ev heyvanlarının alnındakı ağ ləkə. // sif. Alnında qaşqası olan. Qaşqa inək. Qaşqa day. Qaşqa dana.
[Pəricahan xanım:] Qaşqa at altımda qoruqdan gəlirdim. S.S.Axundov. Əqlin baltasıyla vurdu başından; Sındırdı öküzün buynuzlarını; Milyon il dedilər: - Qaşqa öküzlə; Çatıbdır şöhrətə, şərəfə dünya. B.Vahabzadə. 2. məc. Alnın tam ortası. Ovçu quşu qaşqasından vurmuşdu. - Qaşqası böyük olanın sözü çox danışılar. (Ata. sözü). Qızdırmalı bir bayqınlıq içində Tərlanın alnındakı qaşqanı yaxından nişan alıb, tətiyi çəkdim. Ə.Məmmədxanlı. Paylaşın - Hamı bilsin
|