İzahlı lüğət

QAMÇILAMAQ

f. 1. Qamçı ilə vurmaq. Atları qamçılamaq. - Heyvanı rahat qoymayıb qamçıladım. S.S.Axundov. Şirəli çiynindəki tüfəngi doldurdu, atı bərk qamçıladı. M.Hüseyn. // məc. Döyəcləmək, vurmaq. Başımızın üstündə yağmur alaçığın keçələrini gum-gum qamçılayırdı. A.Şaiq. Artıq yağış başlamışdı. Qorxunc bir gurultu iləpəncərəni qamçılayır, suyu içəri sıçradırdı. Çəmənzəminli.
2. məc. Bərk tənqid etmək, ifşa etmək; eyib və nöqsanlarını açıb göstərərək tənqid etmək. Yazıçı öz əsərində köhnə həyatın mənfi cəhətlərini qamçılayır.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed