
QAMIŞis. 1. Sulaq yerlərdə bitən uzun, içiboş gövdəli, buğumlu bir bitki; qarğı. Görürsən on üç yaşında bir uşaq nə qədər ki, qamışdan at qayırıb, minib küçələri o tərəfbu tərəf kişnəyə-kişnəyə çapır, sağ və salamatdır. C.Məmmədquluzadə. Orada-burada göllənmiş suların içində adamboyu hündürlüyündə göy qamışlar ucalırdı. M.Hüseyn. // Şəkər qamışı (şirəsindən şəkər hazırlanan qamış). Şəkər qamışından qayrılmış qəndi birinci dəfə Hindistandan tacirlər Avropaya gətirdikdə Qərb əhalisinin heyrətinə mucib olmuşdur. A.Səhhət. // Qamışdan qayrılmış. Qamış qələm. Qamış çəpər. - Biz o tarixi qamış qələmlərlə deyil, iti qılınclarımızla yazmalıyıq. M.S.Ordubadi. Seyid qamış qələmi cızıqlı kağız üzərində cırıldadaraq kəşidə xətlə Tahirzadəyə şəhadətnamə yazdı. Mir Cəlal. Qamış kimi içi boş və uzunca şey.
Paylaşın - Hamı bilsin
|