QULUNCis. [ər. əsli yun.] Soyuqdəymə nəticəsində əksərən kürək əzələlərində əmələ gələn ağrı. [Sübhanverdizadəyə] elə gəldi ki, onun quluncu bərk sancır, kürəyi qovuşur, ürəyi qalxır, dizləri qopur, beli sınır. S.Rəhimov. □ Qulunc olmaq - soyuq dəymək nəticəsində kürək əzələlərində ağrı əmələ gəlmək. Bəli, səs düşür ki, şeyx cənablarına soyuq dəyib və qulunc olub. C.Məmmədquluzadə. Quluncunu sındırmaq (ovmaq, tutmaq) - ağrını sakit etmək üçün kürək əzələlərini tutub ovmaq, sıxmaq. [Allahqulu:] ..Deyir ayağımı ov, ovuram, deyir quluncumu sındır, quluncunu sındırıram, bundan nə çıxar? N.Vəzirov.
Paylaşın - Hamı bilsin
|