
QIRINTItop. Qırılan, sındırılan, doğranan, kəsilən bir şeydən ayrılan xırda parçalar, hissələr, qırıqlar, tikələr; tullantı; xırımxırda. Çörək qırıntısı. Daş qırıntısı. Ağac qırıntısı. Yun qırıntısı. - [Alacəhrə] damın içində dəndən tutmuş çörək, qənd qırıntılarına kimi nə düşürdü, dimdikləyib yeyirdi. S.S.Axundov. Əjdər üstünə tökülmüş çörək qırıntılarını çırpıb ayağa qalxdı. S.Rəhman.
Paylaşın - Hamı bilsin
|