QIRIŞIQ1. Bax qırış. Köynəyin qırışığını aç. Süfrənin qırışığı. - Yeməyə-içməyə etina qalmır; Heç alnının qırışığı açılmır. A.Səhhət. Polkovnikin alnındakı qırışıqlar sıxlaşdı. M.İbrahimov.
2. sif. Qırışmış, büzüşmüş, büzük yeri qalan. Qırışıq paltar. Qırışıq süfrə. Qırışıq yaylıq. - ..Xatın gülümsündü, onun qırışıq yanaqlarından üzüaşağı sevinc yaşları axmağa başladı. S.Rəhimov. Paylaşın - Hamı bilsin
|