
QIRILDAŞMAQqarş. 1. Səs-səsə verib qır-qır etmək, qırıldamaq. Qarğalar qırıldaşır. - Hərə bir tərəfdən qırıldaşırdı. S.Rəhman.
2. məc. Hərə öz yerindən danışmaq, arası kəsilmədən nə isə demək. Kəndlilər Əmrahın gülləsi ilə ölən pristava söyüş yağdırıb, hər tərəfdən qırıldaşmağa başladılar. M.Hüseyn. Paylaşın - Hamı bilsin
|