QARALTIis. 1. Uzaqdan görünən qara şey; kölgə. Sürətlə gedərkən iri püstə ağacı altında bir qaraltı gördü. A.Şaiq. Həsən kişinin gözünə bir qaraltı dəydi. M.İbrahimov. [Atlılar] hər yeri arayıb-darayır, kiçik bir qaraltı belə buraxmırdılar. M.Rzaquluzadə.
2. Qara yer, qaralmış yer, ləkə. Qolunda balaca qaraltı var. Paylaşın - Hamı bilsin
|