İzahlı lüğət

QƏZET

is. [ital.] Hər gün, bəzən vaxtaşırı nəşr edilən və ictimai-sivasi həvatın cari məsələlərindən bəhs edən, habelə tənqidi və kütləvi elmi məqalələr dərc edən böyük səhifələr şəklində dövri mətbuat orqanı. Gündəlik qəzet. Həftəlik qəzet. Qəzet müxbiri. - [Səttarxan:] Bizə öz ana dilimizdə məktəb, kitab, qəzet lazımdır. M.S.Ordubadi. Novruzun qəzetdə çıxmış şəkli əldən-ələ dolaşır, onun adı dillərdə əzbər olurdu. S.Rəhman. □ Qəzetə vurmaq dan. - qəzetdə tənqid etmək, qəzetdə ifşa etmək. [Mədəd:] Bu boyda kənddə bizdən savay adam tapmadınız qəzetə vurasınız? İ.Əfəndivev; // ümumiyyətlə, haqqında qəzetdə yazılmaq. Divar qəzeti - idarə, ya müəssisənin yerli ictimai təşkilatının əl ilə, yaxud maşında yazılıb divara vurulan qəzeti. Zavodun divar qəzeti. Məktəbin divar qəzeti. - ..Divar qəzeti üçün çəkdiyim şəkildə yazın əvvəlində Ağsu qovaqlarının başında hacıleyləklər yuva tikmişdi. Ə.Məmmədxanlı.
□ Canlı qəzet - hər cür yenilikləri bilən və yayan adam haqqında.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed