
QƏZETÇİis. 1. Qəzet nəşr edən, qəzet sahibi, yaxud mühərriri. Mənə hər qəzetçi bərəldir gözün; Yazır hey qəzetlərdə məktəb sözün. M.Ə.Sabir. Qəzetçi bir elə şəxsdir, ağlı, kəmalı cəhətcə yaxşı əhvalatlar, yaxşı xəbərlər yığıb çap eləyib dağıdar o yan-bu yana. C.Məmmədquluzadə. Qəzet işçisi, qəzet müxbiri.
Bax qəzetsatan. Paylaşın - Hamı bilsin
|