QƏZİYYƏis. [ər.] 1. Əhvalat, hadisə, vaqiə, təsadüf, macəra. [Vəzir:] A kişi, bu gün başıma bir qəziyyə gəlibdir ki, heç fikrimdən keçməzdi. M.F.Axundzadə. Məmmədrza Tamamın faciəli qəziyyəsini nağıl etdikdə, .. göz yaşları neysan yağmuru kimi tökülüb otları islatdı. S.S.Axundov. // İş, məsələ mənasında. Bu, həlli çətin olan bir qəziyyədir.
2. Məntiqdə: hökm, fikir, müddəa. ..Biz daima bir-birinə zidd olan iki qəziyyəni bir-birinə qarışdıraraq, bir qəziyyə saymışıq. M.F.Axundzadə. Paylaşın - Hamı bilsin
|