
QƏZƏBis. [ər.] Hiddət, acıq, hirs, qeyz. [Səba xanım:] Bir tərəfdən mələkəyə ürəyim yanır, o biri tərəfdən də Atabəyin qəzəbindən qorxuram. M.S.Ordubadi. Ağıllı qoca .. sözə qarışdı, xanın ürəyindəki qəzəb atəşinə su səpməyə çalışdı. M.Rzaquluzadə. Balaca Abbasqulunun insanpərvərliyi zalım xanın qəzəbinə üstün gəldi. Ə.Sadıq. □ Qəzəbi tutmaq - çox hiddətlənmək, qəzəblənmək, qeyzlənmək. Bir dəfə nə üstə isə naçalnikin buna qəzəbi tutub dedi: - Səfər! Papağını götür, buradan get. Ə.Haqverdiyev.
Paylaşın - Hamı bilsin
|