
QICAMAQdişlərini qıcamaq - acığından, hiddətindən və ya başqa bir səbəb üzündən dişlərini bir-birinin üstünə basıb bərk sıxmaq. Pənah dişlərini qıcıyıb əlini qaldırdı. I.Məlikzadə. Qədim dişlərini qıcayıb: - Mirab, - dedi, - buyurursunuz bu gün də su olmayacaq?! S.Rəhimov. Mənim də dədəmin baş-gözü şişib, - deyə Mahmud dişlərini qıcadı. P.Makulu.
Paylaşın - Hamı bilsin
|