QƏRAR2is. [ər.] Durma, durum, sakit durma. // Aram, rahatlıq. Dilbər, sən gedəndən bəri könlümün; Nə səbri, sükutu, nə qərarı var. Q.Zakir. Könüldə yox qərarü səbr, ey arami-can, sənsiz. S.Ə.Şirvani. □ Qərar tapmaq (tutmaq) - 1) bir yerdə, ya bir işdə sabitləşmək, dayanmaq. Olduğu yerdə qərar tapdı; 2) aram olmaq, sakitləşmək, rahat olmaq. Uşaq daha ağlamır, qərar tapdı. Qərarım tutarmı onu anmasam; Onun xəyalıyla oda yanmasam? Ə.Cəmil. O, bir dəqiqə bir yerdə qərar tapmayaraq, sərbəst hərəkəti ilə öz azadlığını təsdiq etməyə can atırdı. Ə.Məmmədxanlı; 3) dayanmaq, yerləşmək, oturmaq. Paşanın adamları da hərəsi bir tərəfdə qərar tutdular. “Koroğlu” . Xan yuxarı başa keçib, bir yumşaq döşək üstündə əyləşib qərar tutdu. Ə.Haqverdiyev. Qərardan düşmək (getmək) - 1) daha dözə bilməmək, səbr edə bilməmək, səbri tükənmək; 2) huşu başından çıxmaq, özünü itirmək. Xəstə qızdırmanın şiddətindən qərardan getmişdi. Qərarı gəlməmək - səbri çatmamaq, hövsələsi çatmamaq, bir yerdə duruş tutmamaq. Musa kişi bütün günü heç bir iş görə bilmirdi. Nəyə əl atırdısa, qərarı gəlmirdi. M.İbrahimov. Qərarı kəsilmək səbri gəlməmək, səbri kəsilmək; 2) taqəti kəsilmək. Qərarı üzülmək - b ax qərarı kəsilmək. Qərarını almaq - bax qərarını kəsmək. Qərarını kəsmək - səbrini, rahatlığını, aramını əlindən almaq, tükəndirmək. Gər kəsməsəydi bülbüli-zarın qərarını; Olmazdı aqibət özü həm biqərar gül. S.Ə.Şirvani.
Paylaşın - Hamı bilsin
|