İzahlı lüğət

QILIQ

is. Xasiyyət, yaxşı rəftar. [Tubu:] Arvadın gərək qılığı olsun. Ə.Haqverdiyev.
□ Qılığına girmək - birinin etibarını qazanmaq, yaxud müəyyən bir məqsəd üçün ona xoş sifət göstərməklə, şirin dil ilə, yaxud yaltaqlanmaqla ürəyini ələ almaq, tovlamaq. Mənim qardaşımın da qılığına belə girmişdi ki, bir sözü iki olmurdu. Ə.Haqverdiyev. Pərzada elə gəldi ki, kimsə qızın qılığına girib başdan çıxarıb, yoxsa belə şey olmaz. Mir Cəlal. [Mirzə Qərənfil:] Dava yox, biz onun qılığına girib otaqların ikisini ələ keçirə bilərik. S.Rəhman. Qılıq eləmək (etmək) - yaltaqlıq etmək. [İmran:] Hə, indi bildim ki, mənə etdiyin bu qılıqlar nə üçün imiş. S.S.Axundov. Ömərxan kimi bir dilavər ona [Fətəli xana] qılıq eləyir, amma axmaq Məmmədhəsən dirsək göstərir.. Çəmənzəminli.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed