QILLIsif. 1. Üzərində qıllar olan, sərt tüklü, tük gətirmiş, bədənini çox tük basmış. Qıllı qaban. - Hətta Dəmir adlı qıllı boz köpək də .. gözlərini tütəkdən ayırmaz və ara-sıra həzin bir səslə zingildərdi. A.Şaiq. Əsgər qarıdan aralandı və dərəyə endi. Qapıda yatan boz qıllı itlər yerindən dik atılıb Əsgərə cumdular. S.Rəhimov. // Kobud qoyun dərisindən tikilmiş. Sazaqlı bir sabah idi, yel adamı kəsirdi. Qamış və kolluqlar arxasından qıllı papaqlar görünməyə başladı. Çəmənzəminli.
2. məc. köhn. Qanmaz, kobud, qanacaqsız mənasında. Paylaşın - Hamı bilsin
|