QOL-QABIRĞAis. Bədənin qol və qabırğalar olan hissəsi. □ Qol-qabırğasını əzmək (qırmaq, qırıb tökmək) - döymək, əzişdirmək, kötəkləmək. On il bundan əvvəl Zeynəb bircə vaxt namazını keçirsəydi, anası onun qol-qabırğasını qırıb tökərdi. Qantəmir. Qol-qabırğasını sındırmaq bax qol-qabırğasını əzmək. [Qafar:] Yaxşısı budur ki, sənin qol-qabırğanı sındırmamış buradan gedim. S.S.Axundov;
məc. korlamaq, bərbad hala salmaq, təhrif etmək. Sözlərin qol-qabırğasını sındırmaq. Paylaşın - Hamı bilsin
|