İzahlı lüğət

QOLTUQ

is. 1. Qolun, döşün yanı ilə çiyin bəndinin altındakı hissəsi, qolun çiyinlə birləşdiyi yerin altındakı çuxur. Kitabı vurun qoltuğunuza və Arazı hoppanın, keçin .. vətəninizə. C.Məmmədquluzadə. Götürüb qoltuğuna çantasını; Məktəbə şövqi-tamam ilə gedir. A.Səhhət. Dağlardan gah çantası quş dolu ovçular, gah da qoltuğu kitablı məktəbli uşaqlarının endiyini gördüm. S.Rüstəm. Atası iki əli ilə qoltuğunun altından yapışıb onu havaya qaldırar, atıb-tutardı. M.Rzaquluzadə. □ Qoltuq cibi - paltarın iç tərəfində döşün üstünə düşən cib. Xudayar bəy çubuğu doldurub, .. əlini qoltuq cibinə uzadıb və bir çimdik qov çıxardıb tutdu .. ağanın qabağına. C.Məmmədquluzadə. [Məhbusi] sonra şalvarın cibinə soxuşdurduğu yüz tüməni çıxarıb səliqə ilə bükdü və qoltuq cibinə qoydu. M.İbrahimov.
2. Çay və ya dəniz sahilində su girintisi, körfəz.
□ Qoltuğa girmək - 1) gəzə bilməyən və ya xəstə bir adamın yeriməsinə kömək etmək, onu ayağa qaldırmaq; 2) sıxılmaq, özünü gizləmək, ortaya çıxmamaq, küncbucağa qısılmaq. Qoltuğa sığınmaq bax qoltuğa girmək 2-ci mənada;
pənah aparmaq, birinin himayəsi altına girmək. Qoltuğa soxulmaq - b ax qoltuğa girmək 2-ci mənada. Qoltuğu altına almaq - himayəsi altına almaq, pərəstarlıq etmək. Qoltuğu şişmək- b ax qoltuğunun altı şişmək. Padşah fərəhləndi ki, belə bir qulu var. Qonaqların yanında qoltuğu şişdi. (Nağıl). Qoltuğuna qarpız vermək - 1) çox tərifləmək, həddindən artıq şişirtmək; 2) ələ salmaq məqsədilə birini üzünə tərifləmək. Qoltuğuna vermək (papağını, xoruzunu, şələsini və s.) - 1) biabır etmək, ifşa etmək;
rüsvayçılıqla qovmaq. Həsənağa kimi zalımın biri getdi naçalnikdən xahiş elədi, bir də görəcəksən, papağımı qoltuğuma verib saldılar eşiyə. Ə.Haqverdiyev. Qoltuğunun altı şişmək - lovğalanmaq, təşəxxüslənmək, qürrələnmək (təriflənmək nəticəsində). Qoltuğunun altına (qarpız) vermək birini həvəsləndirmək, bir işi gördürmək, yaxud ələ salmaq üçün yalandan üzünə tərifləmək. Qoltuq altında yaşamaq - birinin himayəsi altında yaşamaq.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed